YoldaŞ Firidun İbraminin şəhid olmasinin 74 illiyi munasibətilə 3 hissə

1325-ci il Ordibeheşt ayının əvvəllərində mərkəzi hökumətlə müzakirə etmək üçün  Pişəvərinin rəhbərliyi ilə nömayəndə heyəti Tehrana gedir. Bu heyətin görkəmli nömayəndəsi kimi Firidun İbrihimi də  Pişəvəri ilə birlikdə Tehrana səfər edir. Tehran rəsmləri ilə AMH-nin nömayəndə heyətinin müzakirəsi 15 gün çəkir. Amma heç bir nəticə əldə edilmir. Tehran hazırladığı 8 maddədən ibarət müqaviləni təsdiq etdirmək üçün israr edir. Bu 8 maddədə Azərbaycan müxtariyyətindən heç bir əsər-əlamət yoxdur. Hətta konstitussiyadakı əyalət və vilayət əncümənləri də orada yazılmayır.  8 maddənin müqavilində AMH-nin nömayəndə heyəti tərəfindən hazırlanmış 33 maddədən ibarət bir müqaviləni müzakirəyə çıxarmağı təklif edir, Azərbaycanda  və İranın başqa əyalətlərində müxtariyyətinin tanınmasını  istıyir. Firidun İbrahimi bu 33 maddənin hazırlamasında və müzakirənin gedişində aktiv iştirak edir. Təəssüflə 15 gündən sonra tərəflər arasında müzakirələr və mübahisələr dondurulur, AMH-nin nömayəndə heyəti nəticəsiz və əli boş geri qayıdır. Tədricən Qəvamın demokrat siması dəyişir və əsl mahiyyəti aşkar olur. Artıq hamıya aydın olur ki, Qəvam yalançı bir demokratdır. Onun gizlində başqa planı vardır. Nəinki, Azərbaycan probleminin həllinə düşünür, bəlkə o, bu gün sabah etməklə, dünya şəraitinin dəyişməsini gözləməklə vaxt qazanır. O, Azərbaycan məsələsini sülh yolu ilə həll etmək deyil, hərb yolu ilə AMH-ni məğlub etmək fikrindədir. Pişəvəri və milli hökumətin bəzi rəhbərləri kimi Firidun İbrahimi də Qəvam dövlətinə inanmır. O, dəfələrlə təkid edir ki, Azərbaycan məsələsinin həllində bu əski siyasətbaz heç vaxt güzəştə getməyəcək. O, Tehrandan qayıtdıqdan sonra “Təhlükə yaradan qüvvələr” adlı məqaləsində yazır: “ Hələ də qara buludlar İranın siyasi səmasını bürüməkdədir. Bu qara buludlar ölkəmizin siyasi üfüqünün parlaqlığına kölgə salır. Təəssüflə Seyyid Zaya qulluqçularının və Qoşun komandiri Ərfənin xain əlləri alçaq planlar cızmaqdadır. Hələ də qoşun və jandarlar arasında alçaq ünsürlər qorxulu oyunlardan əl çəkməyiblər.  Neft şirkətinin dəllalları və casusları İran əhalisinin taleyini həll etmək üçün London və Vaşingtona göz tikiblər. Fitnəkarlığa, sülhə qarşı siyasət yürüdərək, beynalxalq siyasi mühiti çirkləndirməyə davam edirlər. Bu təhlükəli qüvvələr yaxında  xain əməllərinin nəticə verməsinə inanaraq ümid bağlayırlar. Hələ də bu xain əllər İran xalqların taleyi ilə oynamaqdadır.”

Bir müddətdən sonra yenə də Qəvam yumuşalma meyli göstərir, yenə də danə.əqlara başlamaq istəyir. O, siyasi məsələlər üzrə müavi Müzəffər Firizu Bir heyətin başında Təbrizə göndərir. Pişəvərinin rəhbərliyi və Firidunun iştiraki ilə müzakirələr başlanır. Bu dəfə hər iki tərəf çoxlu güzəştlərə gedirlər. Bu üzdən müzakirələr tez bir müddətdə nəticə verir. Tərəflər arasında bir müavilə imzalanır. Bu müqavilənin imzalanması ölkənin qabaqcıl və azadlıqsevər qüvvələrini sevindirir. Onlar bütün əyvalətlərdə əyalət və vilayət əncümənlərin bərpasını tələb edirlər. Lakin Qəvamın planı başqadır. O, bir tərəfdən müqaviləni təsdiqləyir. Digər tərəfdən isə mərkəzdəki mürtəce qüvvələrə azadlıqsevər  və demokratik cəmiyyətlərə qarşı şərəfsiz təxribat kompanıyası aparmağa imkan yaradır. Artıq Qəvamın hiləkar siması ifşa olunur. Onun məqsədi Azərbaycan məsələsini sülh yolu ilə həll etmək deyil. O, özünə başqa yol seçıb. Hərb yolu, yəni Azərbaycan xalqının mübariz övladlarını hərbi güclə vəhşicəsinə qətliam etməkdir. Azadlığa çıxan bir xalqı məhv etmək istəyir. Gərginliyin qarşısını almaq, müqaviləni icra etmək üçün Qəvanın nömayəndə heyətinin israrı ilə Azərbaycan Milli Hökuməti hüsni-niyyət göstərərək silahlı fədai qüvvələrini Zəncan şəhərindən çıxarır. Lakin həmin ilin nöyabır ayının axırlarında Amerka ordu genralı Şüvartskovun rəhbərliyi altında top, tankla silahlanmış Tehran qoşunu jandarm qüvvələri ilə birlikdə Zəncan şəhərinə daxil olaraq əhalini qətlə yetirir, şəhəri isə qarət edir. Yüzlərlə günahsız uşaq, qadın  və kişilər vəhşicəsinə öldürülür. Onlarla günahsız uşaqlar odda yandırılır,  diri-diri quyulara atılır. Zəncanın imam cüməsi olan gözəl insan şeyx Məhəmməd Al-İshaqı evin damından yerə ataraq vəhşicəsinə qətlə yetirirlər. Minlərlə kəndli öldürülərək evləri qarət edilir. Beləki ordu milli şura məclisi seçkisi qabağı təhlükəsizliyi qorumaq üçün Azərbaycana daxil olur. Sanki, bu məsum insanlar azad seçkiyə qarşı maneə törədəcəklər. Bəli onlar öldürülüb və evləri qarət olmalıdır. Artıq Qəvam kartı açıq oynayır. İmzalanan müqavilə artıq bir kağız parçası qədər dəyəri yoxdur. Şah ordusu ağır və müasir silahla Zəncanda toplanaraq Azərbaycanın ürəyi olan Təbrizə hücuma hazırlaşır. Milli hökumətin qarşısında iki yol var ya son nəfəsinədək müqavimət göstərib öz varlığını qorumaq və ya alçaldıcı təslimə boyun əyib xalqın bütün əldə etdiyi nailiyyəti hərraca qoyub məhv etmək yolunu seçmək. ADF rəhbərləri arasında vəziyyət heç də ürəkaçan deyil. Onlar arasında fikir ayrılığı yaranıb. Onlardan bir qrupu silahı yerə qoymaq və seçkiyə nəzarət etmək üçün mərkəzi qoşuna Təbrizə girməyə icazə verməyi düşünür. Onlar izah edirlər ki, bu şəraitdə əyalət və vilayət əncümənləri təşkil etmək kifayətdir. Bu özü elə milli müxtariyyət deməkdir. Eyni zamanda qardaş qırğınının qarşısı da almaq lazımdır. Digər qrup isə onların əksini düşünür. Onlar deyirlər: “ Zəncan hadisələri göstərdi ki, bunlar həqiqətdən uzaq və boş özlərdən ibarətdir. Ordu seçkilərə nəzarət deyil, bizi qırmağa və devirməyə gəlir. Son nəfəsə qədər müqavimət göstərib vətənimizi qoruyub və  əldə etdiyimiz azadlığı hifz etməliyik.

Firidun İbrahimi də ikinci qrupun ən radikal üzvlərindən biri idi. O, deyirdi Qəvamın vədləri hamısı yalandır və onlar bir qara kəpiyə dəyməz. O, Azərbaycan qəzetində nəşr etdirdiyi “Hamı Vətəni Qorumalıdır” adlı məqaləsində yazır:

“Düşmən çalışır ki, gözəl yurdumuzu dağıdıb, sülhsevır xalq, azad Azərbaycanı əsir və azad olmuş şırın dilimizi aradan aparmaq istəyir. Mərkəzi hökumətin alçaq və davranışı və vəhşi siması bizim qəhrəman xalqımızı məcbur edir ki, əlinə silah alıb öz vətənini, milli azadlığını qoruya. Azərbaycanın sülhsüvər xalqı Qəvamın xain siyasətini- ölkəni daxili savaşa sürükləyib qardaş qanı axıtmasını, nifrətlə yad edəcək. Bəli sülhsevər millətimiz öz milli hüququnun müdafiəsində düşmənə qarşısı amansız olacaq.

Azərbaycan qaynayır. Yurdumuzun hər yeri- uzaq, yaxın kənd və şəhərlərdə fədai dəstələri, qızılbaş xalq qoşunları, firqə üzvləri, demokrat gənclər, qadınlar, kişilər, hətta yaşlılar ayağa qalxıb silaha sərinib ana vətənində 21 Azər qiyamı vasitəsilə əldə etdikləri azadlıqı qorumaq istəyirlər.  Hər zümrədən, hər yaşdqan, qoca, gənc, qadın və işi “Babək” dəstəsinə qoşulmaq istəyir. Azadlığı qorumaq üçün bu dəstə yenicə könüllülərdən yaranmışdı. Firidun İbrahimi “Babək” dəstəsini yaradanlardan biri idi. Həmçinin o əsgkər və fədailər arasında siyasi rəhbər olaraq işləyir, mübarizə edirdi. O, alovlu məqalələr yazmaqla camaat arasında düşmənə nifrət hissini və azadlıq, istiqlaliyyət duyğusunu, mübarizə cəsarətini artırırdı. O, “Hamı öz vətənini qorumalıdır” sərlövhəli məqaləsində yazır: “ Xalqımı bir il ərzində əldə etdiyi nailiyyətlərini əsla itirmək istəmir. Xalqımız bu nailliyyətləri dişi və dırnaqları ilə qoruyacaq. Azərbaycan xalqı şərəf və iftixarlarla yaşamaq istəyir. Azadlığı sevir və əziz tutur. Hər bir qüvvə bizim azadlığımızı pozmaq istəsə xalqımızın polad iradəsi qarşısında dürüş gətirə bilməyəcək.”

1325-ci il azər ayının 17-dən şah qoşunlarının hərbi təyyarələri Təbriz səmasımnda görünərək müxtəlif məzmunlu bəyanatlar yaymağa başlayır. Bu bəyanatlarda tələb olunurdu ki, Azərbaycan xalqı tezliklə silahları yerə qoymalı və müqavimətdən əl götürməlidir. Kimsə mərkəzi qoşunların qarşısında müqavimət edərsə bilməlidir ki, ağır şəkildə cəzalandırılacaq. Uzun illər Rza şah zindanlarında həbsədə olmuş Məmi Dehqan Firidun İbrahimiyə həsr olunmuş təntənəli yığıncaqda yazdığı məqalədə deyilir: “ Mən 1946-ci il dekabrın 10-da milli ordunun qarnizonunun həyətində Firidun İbrahimi ilə söhbət edirdim. Düşmən təyyarələri başımızın üzərində uçaraq şəhərdə  bəyanat yayırdılar. Firidun İbrahimi təyyarələri seyr edərkən üzünü mənə tərəf çevirib dedi: “ Tehran hökuməti xainliklə bizə hücum edir. Biz ruhiyyəmizi itirməməliyik. Üzərimizə ağır məsuliyyət düşür. Silahlı qüvvələrimizi toplamalı və hər an yarana biləcək qarşıqlığın qarşısını almalıyıq. Xalqın mübarizə ruhunu yüksəltməliyik. Bizim xalqımız mübariz xalqdır. Şübhəsiz onlar başladıqı mübarizəni qələbə ilə sona çatdıracaqlar. Firidun İbrahimi ADF-nin rəhbərliyi ilə Azərbaycan xalqının qələbəsinə inanırdı.”

Firidun İbrahimi xalqın və kütlənin qüdrətindən tam əmin idi. O, inanırdı ki, xalqa söykənməklə düşmən kim və hansı gücə malik olursa olsun ona qələbə çalmaq olar. Bu üzdən deyir, Tehran mürtəcelərin basqısı qarşısında baş əyməməliyik. O və Pişəvəri habelə ADF-nin bir çox rəhbərləri belə düşünürdülər. Pişəvəri “Azərbaycan” qəzetində çap etdirdiyi “Ölmək Var Dönmək Yoxdur” məqaləsində yazır: “ Şah qoşunları Amerika generalı Şüvartskovun rəhbərliyi ilə Zəncan şəhərindən Azərbaycanın başqa şəhərlərinə hücum üçün hərəkət etməyə başlamışlar. Onlar asanlıqla kiçik müqaviməti sındıraraq Qaflankuh və Qızılüzən çayından keçərək Təbrizə yaxınlaşırlar.

Demək olar ki, azərin 20-də Azərbaycan Milli Hökuməti varlığına son verilmişdi. Təslim tərəfdarları, o cümlədən Maarif naziri Məhəmməd Biriya, daxili işlər naziri, indiki əyalət valisi doktor Salamulla Cavid və  milli məclisin sədri Əli Şəbüstəri hakimiyyəti ələ keçirərək həmin gün əyalət əncüməninin fövqüladə iclarını çağırarlar. İclasda atəşkəs elan olunmaqla yanaşı, bütün fədai və qızılbaş qoşunundan silahı yerə qoymasını istəyərək,  qərar çıxarırlar.

Tehran dövləti bu qərardan sui-istifadə edərək öncədən Təbrizdə hazırlanmış bütün təxribat qruplarına göstəriş verir ki, şəhərdə təxribat törətsinlər. Bütün Azərbaycandan qaçan xanin quldur dəstələr silah ələ alaraq xalqı günahsız övlatlarını qətliam etməyə başlayırlar. Qəvamın xain əməli bütün quldurlara  daha da cəsarət verir. Onlar vəhşicəsinə şəhərlərdə dəhşət törədirlər. Bu silahlı xainlər ordul ilə birlikdə hərəkət edir, hansı qəsəbə və şəhərə girdikdə demokratları öldürmək, ev-eşiklərini talayıb qarət etmək vəzifəsini üzərlərinə götürürlər.

Bu gərgin və qarışıq şəraitdə Firidun İbrahimi bir neçə nəfər vəfalı yoldaşları ilə mərkəzi komitənin mühafizə dəstəsinə yardım edərək onlarla birlikdə 34 saatdan artıq binanı qoruyaraq qara, təxribatçı xain qüvvələrin qarşısını alırlar.

Pişəvərinin yaxın silahdaşlarından olan Həsən Nəzəri Deyir: “ Mərkəzi komitənin binasına getdim. Firidun İbrahimin bir neçə yoldaşları ilə birlikdə gördüm. Soruşdum burada neyləyirsiniz?” Cavabımda Firidun dedi: “ Firqənin binasını qoruyuruq.” Dedim: “ Məni gözlə gəlirəm. Yarım saatdan sonra qayıtdıqda artıq Firidun orada yox idi. Onu dostu Əsgər Baqqalın atası aparır, sonra mərkəzi hökumətin  məmurlarına təslim edir. Beləliklə Firidun İbrahimi Sağlam məmurlara təhvil verilir, bir müddət xiyaban və küçələrdə  onu dolandırıb və sonra qoşun Təbrizə daxil olarkən ordu rəhbərliyinə təslim edirlər. Milli-azadlıq düşmənləri Azərbaycan xalqının mübariz və fədakar oğlu Firidun İbrahimini həbs edirlər. Lakin o, sarsılmaz bir mübariz olaraq həbsxanada da öz mübarizəsinə davam etdirir. Həbsdə olan firqə üzvləri ilə söhbət edir. Onlara yardım edir. Onlarda müqavimət ruhunu yüksəldir. Onlara xitabən deyir, bu alçaq və xain düşmənlərdən mərhəmət gözləmək olmaz. Ruhiyyələrini itirmiş məhbusları ruhlandıraraq onlara cəsarətli olmağı tövsiyə edir. O, məhbuslarla söbət edərkən deyir: “Onlar qəddarcasına yoldaşlarımızı qətlə yetirirlər. Hələ də öz vəhşiliklərinə davam edəcəklər. Məni də öldürəcəklər. Lakin mən ölümdən qorxmuram. Çünki, mən müqəddəs bir yolda ölümə gedirəm. Azadlıq yolunun mübarizləri öz qanları ilə bəşəriyyətin gələcək səadətinin təməldaşını qoyurlar. Bu üzdən də ölüm məni qorxutmur. Bizi öldürməklə, insanların ürəyində kök salmış azadlıq eşğını aradan apara bilməyəcəklər.”

Firidun həbsdə necə düşünürdü elə də oldu. İranın qanicən irticası ADF-nin üzvülərini edam etməyə başladı. Onlar hətta xalqın milli mübarizəsində iştirakı olmayanları da qətləyeridilər. Onlar Azərbaycanda orta əsrin qaranlıq dəhşətini yaratdılar, Azərbaycanın bütün yerlərində xalqın mübariz  övladlarına və azadlıq aşiqlərinə müxtəlif işkəncələr verərək qeyri-insani əməllərlə qətlə yetirdilər. O mübarizlərin evlərini yandırıb qarət etdilər.

21 Azər günü Ələmi adlı firqə üzvünü Mərənd şəhərində futbol tupu tək havaya ataraq güllələyib və sonra üzərinə neft töküb yandırdılar. Alovlanan cənazıni məşəl kimi küçələrdə gəzdirdilər. Həmin gün Ərdəbildə ürək yaxan hadisə baş verir. Küçələr qanlı cənazə ilə doludur. Küçələrdən keçmək olmur. Ərdəbilin icra hakimi Azərəbadqanı üç dəfə dar ağacından asır və hər dəfə yarımcan vəziətdə yerə qoyurlar. Onlar törətdikləri cinayət ağıla sığmır. Ölkə tarixində  bu cinayətlərə az rast gəlinir. İyrminci əsrin cinayətkarları Teymur və Çingizin orta əsrdəki qoşunlarının üzünü ağartdı. Azərəbadqan dar ağacının dibində deyir: “ Mən haqq yolunda öldürülürəm. Azadlıq son qələbə sayılır. Yaşasın Azad İran!”

Rabitə naziri və Marağa şəhərinin fədai başçısı general Kəbiri Təbrizdə tutulur. Onu Daşlayaraq küçələrdə dolandırırlar. Sonra Marağa şəhərinə aparıb asırlar. General Kəbiri də ipi boğazına salarkən cəlladlara üz tutub deyir: “ Məni də asın! Lakin buna əmin olun ki, mən xalqımın azadlıq və xoşbəxtliyi üçün vuruşmuşam. Mən olam-olmayım fərqi yoxdur. İnanıram ki, mənim yolumu  digərvətəndaşlarım davam etdirəcək. Bilin və agah olun ki, azadlığın qələbəsi uzun sürməyəcək, Azərbaycan xalqı törətdiyiniz bu qanlı cinayətlərin intiqamını sizlərdən alacaq.”

Milli ordunun 26 zabiti edam olunur. Onlar şərəflərlə vətənin himnini oxuyar, yaşasın iftixatlı Azərbaycan deyərək, edam edilirlər.

Əski inqilabçı Urmiyyə fədai başçısı Məhəmmədəmin Azad Vətən tutulur. Qəvamın quldur məmurları işkəncə verdikdən sonra ondan tələb edirlər ki, uzun illər sədaqətlə etdiyi müqəddəs mübarizə yolundan dönüb onlarla əməkdaşlıq etsin. Bu azalıqsevər insanın onlara dişsındırıcı cavabı belə olur: “ Çinar ağacı sınar , amma əyilməz.” Onu dar ağacında asırlar. Yalnız dar ipi boğazını sıxaraq onun başını əyir.

Cinayətlər həddən artıqdır. ADF üzvlərinə heç bir güzəşt yoxdur. Onlar harada tutulurlar, yerindəcə tikə-tikə olur və sümükləri ərəbələrə yığılır tamaşa üçün küçələrdə dolandırılır. Firqə üzvü Əli Qəhrəmanını başı kəsilərək neyzəyə keçirilir və Afrıqanın əski yerliləri kimi onun dövrəsinə toplaşaraq rəqs edirlər. Onlar orta əsrin vəhşiləri kimi tutulanları- qadın, kişi, qoca, cavan, firqə üzvü olması kifayət edər ki, ən ağır içkəncəyə məruz qalıb vəhşicəsinə öldürülsün.

Şahsəvənın qəhrəman qızı Səriyə  beş gün mühasirədə qalır və müqavimət edir. Sonra hiləkarlıqla ona yalançı təminat vədi verməklə öz səngərindən çıxarılaraq namərdcəsinə öldürülür. O, edam ayağında deyir: “ Bu sizin üçün qələbə deyildir. Öz vədlərinə arxa çevirən adamları tarix lənət və nifrətlə yad edəcək. Cinaytkarlar bu alçaq əməllərindən heç bir xeyr aparmayacaqlar. Azərbaycan övladları mənim qısasımı alacaqlar. Qan ilə suvarılan Azadlıq ağacı daha çox məhsul verəcək.”

General Əzimi, palkovnik Mürtəzəvi, Cavidan, Şeyxi, Agəhi, Codət, Qasimi və yüzlərlə başqa şərəfli və mübariz insanlar alnı  açıq ölümü qəbul edərək düşmənə baş əymirlər. Azadlı düşmənlərinin törətdikləri cinayətlər saysiz- hesabsızdır. Bu cinayətləri yazmaq üçün tonlarla kağız lazımdır. Bu üzdən bundan artıq bu məqalədə cinayət əməllərini yazmaq mümkün deyil.

Şahın məmurları və Tehran irticaçıları altı aydan sonra Firidun İbrahimini Tehrana aparırlar. O, yekanə firqə üzvüdür ki, mühakimə etmək üçün mərkəzə aparılır və hərbi məkəməyə sövq edilir. Aylarca tək kameralı həbsdə ağır və qeyri-insani işkəncə altında qalması Firidun İbrahimini sarsıtmir. O, dözür və müqavimət edir. ADF-ni, onun məram, məqsədlərini və milli hökumətin bir illik xalqa qazandığı nailiyyəti müdafiə edir.  Ordu rəhbərlərindən birisinin sualı “ Siz hansı əsaslara görə insanlara ölum hökmu çıxarırsınız?”  qarşısında Firidun İbrahimi qətiyyətlə belə cavab verir: “ Birinci mən Təbriz əhalisini boğaza yıqan quldur, oğuru və cinayətkara ölum hökmü çıxrırdım. İkinci isə milli hökumətin qanunlarına söykənərək hökm oxuyurdum.” Hərbi müstəntiq soruşur: “ Hansı qanun, hansı hökumət? İranda təkcə bir hökumət var.” Firidunun cavabı çox qətiyyətlidir: “ Azərbaycan Hökuməti! Mənim milli hökumətimin qanunu! O hökumət ki, var və yaşayacaq.”

Həbsdə İmperiyalizmə qarşı Firidun İbrahiminin kin və nifrəti başqa yerlərdən daha artıqdır. Amerkalı jurnalıstı İran jurnalıstı ilə birlikdə İbrahimidən müsahibə almaq üçün ordu həbsxanasına gəlir. Müxbirlər onu qaranlıq, soyuq həbsə alınmış gözəl və gülərüzlü bir gənc olaraq görürlər. Jurnalistlər ondan soruşlar: “ Siz baş prokror olduqda nə işlə məşğul olurdunuz?” Firidun cavab verir: “ Biz günahsız həbsdə yatan insanların işinə baxıb və onları azad etdik. Xalqı oğru və satqın hakimlərdən xilas etdik.”

Jurnalist soruşur: “ Bəs o xalq hanı? Niyə onlar səni öldürmək istəyirlər?”

Firidun deyir: “ Məni xalq deyil, Tehran irticası xarici ağaları olan imperiyalistlərin tapşırığı ilə öldürmək istəyirlər. Xalq zəhmətkeş fəhlələrdən, kəndlilərdən, idarə işçiləri və ziyalılardan ibarətdir ki, hal-hazırda həm qolları, həmdə dilləri bağlıdır. Lakin əmin olun ki, xalq kütləri bütün əsarət zəncirlərini qıracaqlar.” Firidunun bu kəskin və cəsarətli cavabı düşmənləri çox əsəbiləşdirir.

Aylarla istintaq və ağır işkəncəyə dözən Azərbaycan xalrının qəhrəman oğlu Firidun İbrahimini hərbi tribunalın ixtiyarına verirlər. O, vaxtı itirmədən məhkəməni mübarizə meydanına çevirir. O, Azərbaycan xalqının və İran zəhmətkeşlərinin hüququnun müdafiəsinə alxır. Müstəmləkəçi imperiyalistləri, onların qulluqçularını ifşa edir. O,  məkəmədə son müdafiəsində belə deyir:

“Gələcək alın tərli ilə yaşayan insanlar üçündür. Gələcək əliqabarlı insanlar üçündür. Bilməlisiniz ki, həmin qabarlı əllər bütün həbsxanaları dağıdıb, cəllaları və zülmkarları məhkəmə masası arxasında oturdacaqlar.Gün gələcək əsarətdə yaşayan İran xalqları, zəhmətkeşləri başqalarının hesabına yaşayan vəhşi müstəmləkəciləri ki, onların əsarətində yaşayan xalqları öz insanı, milli hüquqlarından məhrum edib, onların həyat və milli-mədəni haqlarını tapdalayarayaraq, təkcə təbii sərvətləri deyil, həm də əliqabarlı insanların zəhmətlə əldə etdikləri gəlirləri hərraca qoyub, öz sərvət kisələrinin doldururlar, törətdikləri cinayət və qarətlərə etiraf etməyə və cavab verməyə məcbur edəcəklər.”

Məhkəmədən bir neçə gün sonra orada çıxarılan hökmü ona verirlər. O, bu edam qəraını qəbul etməyib deyir: “ Mənim taleyimi on nəfər xain və düşmən qulluqçusu təyin ediblər. Bu hökmü qəbul etmirəm. Məni xalq məhkəməsində mühakimə edin. Belə olan yerdə çıxarılan hər hansı hökmü qəbul edərəm.”

Bir il dünya siyasətində çəkiş-bərkişdən, Azərbaycan xalqının sarsılmaz müqavimətidən, mərkəzi hökumətlə müzakirəsidən sonra xalqın 21 Azər hərəkatı məğlub oldu. Beləliklə yüzlərlə azadlıq yolunun şəhidlərinin qanı ilə suvarılmış yenicə cücərmiş Azərbaycan Milli Hökumətinin ağacı kökündən çıxarılaraq məhv edildi. Minlərlə vətənsevərlər öldürüldü. On minlərlə azadlıq aşiqləri həbs ya sürgün edildilər. Minlərlə Azərbaycanın fədakar övlatları ölkəni tərk etməyə məcbur oldular. Onlar Sovet dövlətinə mühacirət etdilər. Azadlıq ölkəsi olan Azərbaycan bir xarabazarlığa çevrilib, hər tərəfdən nifrin olunmuş bayquş səsı səmalara ucaldı.

İran şahı bu qələbədən məst olub Azərbaycana qəlməyə qərar verdi. O, elə bir yurda qədəm qoyurdu sanki, heç zaman İran məmləkətinin tərkibində olmayıbdır. Sanki, qalib şah qoşunları müharibə ilə bu biganə yurda qələbə çalmışlar.

Şahı qarşılamaq üçün geniş tədarük görülüb. Yalnız bir mərasım çatışmır və o da şahın ayaqları altında qurbanlar kəsilməlidir. Hansı qurban Firidun İbrahimidən daha qiymətli və dəyərli ola bilər? Bu şahın ayqları altında kəsiləsi ən dəyərli qurbanlıqdır.

1326-cı il ordibeheşt ayının sonları yetişir. Firidun İbrahimini təyyarə ilə Təbrizə gətirirlər. İki gün edamdan əvvəl o, qara rəngli kostumununun həbsxanaya gətirilməsini tələb edir.  Bu həmin Paris sülh konfransında iştirak etmək üçün geyilmiş kostum idi. Edamdan bir gün qabaq axşamçağı ona xəbər verilir ki, sabah ölümə hazır olmaılıdır. Gecə səhərə qədər ölüm intizarını çəkən İbrahimi həbsxanada yoldaşları ilə oturub bir mübariz insan xalqın qarşısında hansı məsuliyyəti daşımalıdır mövzusunda söhbət edir. Onları ruhlandırır. Sakitcə üzünü qırxır. İpək ağ köynəyini və qara kostumunu geyərək yaxasına qırmızı qalstok taxır. Beləliklə ölmək üçün dar ağacına aparılmasını gözləyir, Məhbuslar heyrətdən ağızları açıq onu seyre dirlər. Onlar Firiduna xitabən deyirlər: “ Bu nə üçündür? Sanki toya hazırlaşırsan?” 

Firidun İbrahimi gülümsəyərək deyir: “ Bir ömür biz saf və təmiz ürəklə yaşamışıq. İndi niyə dar ağacına kədərli və çirkin gedək?”

1326-ci il xordad ayının ikisində səhər saat 4-də Səttar xan xiyabanının sonunda yerləşən Gülüstan bağında dar ağacının altında durur. Möhkəm iradə ilə gülümsəyərək cəlladlara deyir: “ gecikmədən ipi böğazıma geçirin.”

Beləliklə millətlərin azadlığı yolunun həqiqi mübarizi, Azərbaycanın fədakar və qəhrəman övladı, ADF-nin mərkəzi komitəsininüzvü, Milli məclisin nömayəndəsi, AMH-nin baş prokroru, ictimai-siyasi xadim və istedadlı jurnalis Firidun İbrahimi 28 yaçında inqilani bir dastan yaradaraq, həyatla vidalaşdı.

Tehran mürtəceləri xarici ağalarının göstərişi ilə Azərbaycanın cəsarətli və rəşid övladını Təbrizdə dar ağacından astılar. Lakin Təbriz öz layiqli övladı ilə hörmətlə vidalaşdı. Səhər yoldan keçənlər ölümə məhkum olan insanı belə iradə və əzmlə dar ağacına yaxınlaşdığını gördükdə heyrətlə ona baş əyirdilər.

Firidunun qəhrəmanca şəhit olması barədə Tehranın demokratik qəzetləri öz səhifələrini bəzədilər.

“Mərdom” qəzeti yazırdı: “ Zəkalı Azərbaycan övladı Firidun İbrahimi başqa şəhidlər arasında ulduz tək parlayır. O, altı ay işkəncədən sonra da yenə qürurla baş əyməyərək,  sarsılmadı.”

21 Azər hərəkatının qələbəsinin beş illiyi münasibətilə İran Xalq partiyasının gənclər təşkilatının orqanı  “Rəzm” qəzeti yazırdı: “ Cəlladlar minlərlə demokratları öldürmək və Azərbaycan xalqının mübariz və qəhrəman övladı Firidun İbrahimini dardan asmaqla öz alçaq cinayət planlarını icra etdilər.

Firidun İbrahimi pak, səmimi, xoş əxlaq və xalqını sevən bir insan idi. Xalq da onu çox sevirdi. O, yeniyetmə çağlarında siyasət yoluna qədəm qoyur. Zəhmətkeş və yoxsul zümrələrin kədər və əzabları ilə hər tərəfli tanış olur. Bu üzdən də fədakarlıqla sərmayə-iş mübarizəsində aktiv iştirak edir. Beləliklə mütərəqi və insani ideyanın təbliğatçısı və mübarizi olur. Onun qısa ömrünü ADF tarixindən ayırmaq olmaz.

F.İbrahiminin qəhrəmanca şəhid olması onu əbədi yaşatdı. Onun haqqında indiyə qədər yüzlərlə məqalə kitab, şeir və poema yazılmışdır. Azərbaycanın görkəmli yazıçısı Mirzə İbrahimov “ Gələcək gün” adlı romanı onun həyat və mübarizəsinə həsr etmişdir.

Fəthi Xoşkənabi “Axirinci Bayraqdar” adlı əsərinin “Şərəfli yol” bölümünü F.İbrahimiyə həsr edibdir.

Azərbaycan tanınmış Şairləri-  Balaş Azəroğlu, Əli Tudə, Söhrab Tahir, Mədinə Gülgün, Həkimə Billuri və onlarla başqa şair, yazıçılar bu qəhrəman mübarizə şeir, hekayə həsr etmişlər.

İranən görkəmli  siyasi şəxsiyyəti və şairi Məhəmmədtağı (Məlikşüərayi-Bahar) F.İbrahiminin yazılarını oxuduqdan sonra Təəccüblə deyir: “ Bu gənc iyri yeddi deyil, qırx yaşı olsaydı İran onun qarşısında tab gətirə bilməyib çarəsiz qalacaqdı.”

F.İbrahimi ömrünün son çağında sekretarı olduğu bir xanımla yaşayırdı. Bu müştərək yaşayışın səmərəsi bir öğlan uşağıdır. Hazırda bu övlad özü geniş bir ailəyə çevrilibdir.

Atmış ildən çoxdur ki, Təbrizin “Ağalı”( Beheşi-imamiyyə) qəbristanda Azərbaycan xalqının dilavər və qəhrəman oğlu əbədiyyət yuxusuna gedibdir. Hərdən yaşlı, və gənc, qız, oğlan, qadın və kişilər bu qəbristana gələrək bir dəstə gül ilə qəhrəman şəhidi yad edirlər. Onlar bu qəhrəmanın məhkəmədəki son müdafiəsini xatırlayırlar:

“Gələcək alın tərli ilə yaşayan insanlar üçündür. Gələcək əliqabarlı insanlar üçündür. Bilməlisiniz ki, həmin qabarlı əllər bütün həbsxanaları dağıdıb, cəllaları və zülmkarları məhkəmə masası arxasında oturdacaqlar.Gün gələcək əsarətdə yaşayan İran xalqları, zəhmətkeşləri başqalarının hesabına yaşayan vəhşi müstəmləkəciləri ki, onların əsarətində yaşayan xalqları öz insanı, milli hüquqlarından məhrum edib, onların həyat və milli-mədəni haqlarını tapdalayarayaraq, təkcə təbii sərvətləri deyil, həm də əliqabarlı insanların zəhmətlə əldə etdikləri gəlirləri hərraca qoyub, öz sərvət kisələrinin doldururlar, törətdikləri cinayət və qarətlərə etiraf etməyə və cavab verməyə məcbur edəcəklər.”

Mənbələr:

Firidun İbrahiminin xatirə dəftəri- 36 s
“Azərbaycan” qəzeti, ikinci dövr, nömrə 43. Təbriz. 10 aban 1324
“Azərbaycan” qəzeti, nömrə 57(346).20 aban 1325
“Azərbaycan” qəzeti, nömrə 59(34 8).22 aban 1325
“Azərbaycan” qəzeti, nömrə 184. 8 ordibeheşt 1325
“Azərbaycan” qəzeti, nömrə 207.3  xordad 1325
“Azərbaycan” qəzeti, nömrə 74(263). 9 mordad 1325
“Azərbaycan” qəzeti, nömrə 162. 12 fərvərdin 1325
“Azərbaycan” qəzeti, nömrə 1016.20 yanvar 1958
F.Xoşkənabi. “Axirinci məçəldar”. Azər nəşr. 62 s. 1954