Dünya ana və uşaqlar ictimai birliyi ABŞ Prezidentinin qondarma “erməni soyqırımı” məsələsi ilə bağlı  bəyanat

Dünya ana və uşaqlar ictimai birliyi ABŞ Prezidentinin qondarma “erməni soyqırımı” məsələsi ilə bağlı  bəyanat yayıb.

Dunyaxeber.org bəyanatı təqdim edir.

Bəyanatda deyilir ki, arixi həqiqətləri saxtalaşdırmaq və erməni ideoloqları yarım əsrdən çox müddətdə dünya ictimaiyyətini mif üzərində qurulmuş qondarma “soyqırımı” iddiaları ilə çaşdırmağa, təkcə qardaş Türkiyənin deyil, ümumən türk dünyasının, o cümlədən Azərbaycanın beynəlxalq nüfuzuna xələl gətirməyə çalışırlar. Uzun illərin müşahidələri göstərir ki,  saxta iddianın davamlı şəkildə gündəmdə saxlanılmasına yönəlmiş səylər ermənilərin başqa dövlətlər hesabına daha geniş coğrafi əraziyə yiyələnmək üçün həyata keçirdikləri soyqırım, terror və deportasiya siyasətini pərdələmək, diqqəti özlərinin işğalçılıq faktından yayındırmaq məqsədi güdür.

 Tarixi həqiqətləri araşdırmadan, hadisələrə siyasi və hüquqi qiymət vermək, onlarla bağlı mühakimələr irəli sürmək və bunu xüsusilə  tarixi ədavət və qisas hissləri yeridərək həyata keçirmək,  xalqların qarşılıqlı anlaşma və sülh şəraitində yaşamalarına təhlükə yaradır. Bölgədə mövcud olan münaqişələr, qaçqın və məcburi köçkünlərin problemləri əsasən bu hadisələrin nəticəsidir.Bir sözlə, erməni məsələsi, “erməni soyqırımı” ayrı-ayrı vaxtlarda iri dünya dövlətlərinin ermənilərdən Türkiyəyə və digər müsəlman xalqlarına qarşı bir vasitə, alət kimi istifadə etməkdədi. Hazırda Türkiyə dövlətinin dünyada durmadan artan iqtisadi qüdrəti, türk dövlətlərinin yüksələn nüfuzu bəzi dövlətləri narahat edir və ona görə də oyuncaq erməni “dövləti”nin onların əlində sözün həqiqi mənasında oyuncağa çevrilməsi başa düşüləndir.

Qeyd etdiklərimizdən nəticə çıxararaq deyə bilərik ki, Türkiyədə 1915-ci ildə “erməni soyqırımı” deyilən bir hadisə olmamişdi. Bu, türk dünyasının artan iqtisadi qüdrəti və beynəlxalq nüfuzuna, türk soyuna iri dünya dövlətlərinin qısqanc münasibətinin, qərəzli yanaşmasının təzahüründən, erməni uydurmasından başqa bir şey deyildir!

 Bu mənada, tarixçilər tərəfindən 1915-ci il hadisələrini araşdırmaq və bu məqsədlə arxivləri açmaq üçün birgə tarix komissiyasının yaradılması ilə bağlı Türkiyənin təşəbbüsü təqdirə layiqdir.

“Biz əminik ki, 1915-ci il hadisələrini araşdırmaq,  alimlər və tədqiqatçılar tərəfindən tarixi faktların qərəzsiz şəkildə araşdırılacaqdı.