Azərbaycan Dövlət Sığorta şirkətində  nələr baş verir Ciddi siqnal

Son vaxtlar Azərbaycan Dövlət Sığorta Şirkətinin  rayon  filiallarından  redaksiyamıza şikayətlər daxil olur.
Sığorta şirkətinin sədri vəzifəsini hazırda uzun illər  şirkətdə  birinci müavin işləmiş təcrübəli mütəxəssis  Aftandil Hacıyev idarə edir.
Lakin Azərbaycan Respublikasi Milli Bankının rəhbərliyi öz adamlarını bu idarəyə qeyri qanuni rəhbər təyin edərək, köhnə mütəxəssisləri gözümçıxdıya salır və  bezdirirlər.
Milli Bank tərəfindən göndərilmiş Həsənxanov Oruc adlı şəxs  və Vüsal Qurbanov Sığorta idarəsində hegemonluq edərək faktiki olaraq Dövlət Sığorta şirkətinin  sədri vəzifəsini icra edən Aftandil Hacıyevin səlahiyyətlərini mənimsəyərək narazılıq yaradıblar.
Onların bu idarəyə gəlməkdə məqsədləri hərbiçilərə verilən imtiyazlarla  bağlı olsa da , əslində öz məqsədlərini  həyata keçirirlər.
Vətəndaşları narazı salmaq, mütəxəssisləri  bezdirmək, issizlərin sayını artırmaq  isə dövlətçiliyə qəst etmək kimi başa düşülür.
Bu günlərdə 20 -dən çox rayonun Sosial Sığorta idarələrinin rəhbərləri Respublika Dövlət Sigorta idarəsinə şikayətə gələrək təzə rəhbərlərin qərəzkarlıqlarından  şikayət etmişlər.
Məqsəd isə filial əməkdaşlarını bezdirməklə ixtisaslı kadrlara qarşı kompaniya aparmaq və Milli Bank rəhbərliyi bu idarəni öz bildikləri kimi idarə etməkdir.
Onu da qeyd edək ki, Bakının Sabunçu,Suraxanı, Xəzər və Bakı filialları bağlanmaqla işçilər ixtisar olunublar.
Bu günlərdə Ölkə Prezidenti bir çox qurumları , o cümlədən Milli Bankin rəhbərliyini də ciddi tənqid etmişdi.
Yəqin ki, dövlət mənafeyindən səxsi məqsədləri üçün istifadə edən, vətəndaşlarla Prezident arasında birliyi, həmrəyliyi pozmağa çalışanlar ciddi cəzalandırılacaqlar.
Mövzuya qayıdacağıq.
Rauf İlyasoglu ,