“Cibimizdə cin gəzdiririk”- Azərbaycanlı həkimdən ŞOK AÇIQLAMA

Cibində cin gəzdirənlər və daim onun xidmətindən istifadə edənlər cinlərin varlığını danmaq istəyirlər

Həkim, elmi-lədun bilicisi Paşa Yaqub cinlərlə bağlı maraqlı müəllif yazısı yazıb. Paşa Yaqub hesab edir ki, cinlərin günümüzdəki hadisələrə təsiri böyükdür.

Oxucuların marağına səbəb olacağını düşünüb, Musavat.com-a göndərilən yazını təqdim edirik:

Günümüzdə bəzi insanlar guya elitar görsənmək üçün özlərini cinlərin varlığına inanmayan kimi göstərməyə çalışırlar. Onlara elə gəlir ki, cinlərin varlığına inanmaq elmə zidd getməkdir və guya cahilliyin əlamətidir. Daha başa düşmürlər ki, müasir telekommunikasiya sənayesi, mobil telefonlar və teleötürücülər elə cinlərin varlığına görə mövcuddur. Yəni Hamısıah cin tayfasını yaratmasaydı bu gün biz mobil telefonlarla dünyanın o başında olan insanı ovcumuzun içinə qoyub, danışa bilməzdik. Təsadüfü deyildir ki, ölkəmizdə fəaliyyət göstərən mobil operatorlar hamısı cin adları daşıyırlar – CİN, Nar, Sim və s.  Cibində cin gəzdirən və hər dəqiqə onun xidmətindən istifadə edən adamın cinin varlığını danması əslində, savadsızlıqdan, cahillikdən irəli gəlir…

Məşhur “Bir qalanın sirri” filmində “Sim” və “Nar” adlı cinlərdən, onların padşahlarından bəhs edən səhnələri yəqin çoxlarınız izləmisiniz. “Sim” – əlaqə yaradan cinin adıdır; “Nar” isə, od, alov mənasındadır. Qurandan  bildiyimiz kimi, Hamısıah cinləri oddan yaradıb.

Yeri gəlmişkən, Quranda Süleyman Peyğəmbərin həyatından bəhs edən bir epizodda onun cinlərin xidmətindən istifadə etməsi belə təsvir olunub:

“Cinlərdən olan (çox qüvvətli və nəhəng) bir ifrit dedi: “Sən yerindən (taxtından) qalxmamış mən onu sənə gətirərəm. Mən bu işi görməyə çox qüvvətliyəm, etibarlıyam! (Mənim Bəlqisin taxtını götürüb gətirməyə gücüm çatar. Mən taxtın üzərində olan qızıl-gümüşə, ləl-cavahirata əlimi belə vurmaram, onlardan heç bir şey götürmərəm!)””

“(Süleyman taxtın daha tez gətirilməsini istədi). Kitabdan (Hamısıahın kitabından, yaxud lövhi-məhfuzdan) bir qədər xəbəri olan birisi dedi: “Mən onu sənə bir göz qırpımında (gözünü yumub açınca) gətirərəm!””

Quran, “Qarışqalar” surəsi, 39-40.

Cinlər Süleymana gətirdiklərini mobil telefon üzərindən gündə min yol bizə gətirmirlərmi? Dünyanın istənilən nöqtəsində olan adamı bir göz qırpında qabağımıza (ovcumuzun içinə) qoymurlarmı?! Elə isə, niyə özümüzü “elit” göstərmək üçün bu xidməti danırıq?

Elmi-lədun bilicisi olaraq, onu da qeyd etməyi lazım bilirik ki, cinlər əslində, fizika elmində dalğa kimi tanınan nəsnədir. Cinlərdə olan dalğaların tezliyi insandakından müqayisəolunmaz dərəcədə yüksək hersdə olduğundan, onların insana görünməsi (elmdə buna hallüsinasiya, loru dildə qarabasma deyilir) insanın sinir sisteminin pozulması ilə nəticələnir. Bunun bənzəri televiziya dalğalarının biri-birini vurub,  ekrandan çıxarmasıdır (güclü dalğa zəif dalğanı sıxışdırıb, özü ekrana hakim olur). Bənzər proses insan beynində də gedə bilir – paralel aləmdə olan məxluqların (cinlərin) ötürdüyü mənfi (neqativ) dalğalar insan beyninə daxil olur və orada sabitliyi pozur. Dalğanın tezliyi (hersi) yüksək olduqda hallüsinasiya baş verir və insanın sinir sistemi pozulur, ruhi-əsəb (hirs, hers) xəstəlikləri yaranır…

Buradan aydın olur ki, Yaradan Quranda “Cinlər” (72) surəsini boşuna göndərməmiş, bu barədə Süleymana verdiyi elmi də təsadüfən verməmişdir. Cinlər Süleymana göstərdiyi xidməti bu və ya digər formada bu gün hər birimizə göstərməkdədirlər. Buna əmin olmağınız üçün, əlinizi cibinizə salıb, “CİN”inizi (yaxud, Simi. Narı) çıxarıb, dərin düşüncəylə (açıq gözlə, bəsirətlə) baxmağınız kifayətdir…

“Biz Davuda və Süleymana elm verdik. Onlar dedilər: “Bizi öz mömin bəndələrinin çoxundan üstün tutan Hamısıaha həmd olsun!”” Quran.

Söz ardı: dalğalar televiziyaya antena, insan orqanizminə isə onurğa vasitəsi ilə daxil olur. Maraqlıdır ki, antenanın quruluşu ilə onurğanın (qabırğaların) quruluşu bənzərdir.

Paşa Yaqub,
Həkim, elmi-lədun bilicisi, 35 kitab müəllifi

psixolpng-1686388232.png (364 KB)