İsmayıllıda minik və yük maşınları toqquşub, ölən var

İsmayıllı rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA xəbər verir ki, bu gün axşam saat 18:00 radələrində Şamaxı-Muğanlı-İsmayıllı yolunda, İsmayıllı şəhəri ərazisində “QAZ-3110” və “KamAZ” markalı avtomobillər toqquşub.

Hadisə nəticəsində İsmayıllı rayon sakini, 1958-ci il təvəllüdlü Coşquyev Eynulla Xeyrulla oğlu ağır bədən xəsarətləri alıb.

Xəsarət alan şəxs İsmayıllı rayon Mərkəzi Xəstəxanasına aparılsa da, orada dünyasını dəyişib.

Source link