Azərbaycana qrant ayrılacaq – 5,25 milyon dollar

Fevralın 16-da Bakıda Avropa İttifaqı və Dünya Bankı arasında qrant sazişi imzalanacaq.
QHT.az xəbər verir ki,  bu barədə Dünya Bankının Bakı ofisindən bildiriblər.
Mənbənin məlumatına əsasən, sənəd bir sıra istiqamətlər üzrə Azərbaycan hökumətinə texniki köməyin göstərilməsini nəzərdə tutur.
“Sənədi Dünya Bankının Azərbaycan üzrə regional meneceri Sara Maykl və Aİ-nin Bakıdakı nümayəndəliyinin rəhbəri Peter Mixalko imzalayacaq. Sazişin etibarlılıq müddəti üç il, məbləği 5,25 milyon dollar təşkil edir” – deyə Dünya Bankının Bakı ofisindən bildiriblər
Qeyd olunur ki, həmin sənəddə Aİ-nin Azərbaycandakı dörd prioritet fəaliyyət istiqaməti və Azərbaycanın beş milli prioriteti əks olunub.