Geriyə baxma…

Azrbaycan Respublikasının  Qeyri –Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə Erməni Təcavüzünün Tanıdılması İB-nin layihəsi çərçivəsində Xocalıda  qətlə  yetirilmiş 70 nəfər ahılla bağlı “Geriyə baxma” adlı sənədli-xroniki filim ərsəyə gələcəkdir. Filimdə soyqrım zamanı Xankəndindəki 366-cı alayla birlikdə erməni birləşmələrinin dinc əhalini qəddarlıqla  görünməmiş işgəncələrlə öldürülmələrindən söhbət açılacaq.  Heç bir günahı olmayan bu ahıllar əllərinin zəhməti ilə yaşamış kimisi evindəcə, kimisi  də Kətik meşəsi il qaçarkən gülləyə tuş gəlmişdir. 2-ci dünya müharibəsinin iştirakçıları olan bu ahıllar alman faşistlərinə qalib gəlsələrdə,  doğma yurdlarındaca  erməni faşistəri  tərəfindən öldürülürlər.
Aradan 30 il ötməsinə baxmayaraq yaralar qövr edir,qaysaq bağlamır.
Onların arasında təkcə azərbaycanlılar deyil, başqa millətlərin nümayəndələri də vardır. Bir milləti dininə, irqinə görə məhv etmək elə soyqrımdır.
Filim   bu günlərdə yeniçə işıq üzü görmüş  “Geriyə baxma” kitabının motivləri əsasında  çəkiləcəkdir. Filmin  rejissoru Murad Adil oğludur. Filim ingilis dilinə dublyaj olunacaq. Almaniyanın Kölün şəhərində Alman-Azərbaycan Mədəniyyət evinin rəhbəri Altay Rüstəmlinin təşkilatçılığı ilə  onlayn təqdimatı da keçiriləcəkdir.