“Neytral əraziyə girdiyimiz vaxt dörd şəhidimiz oldu. Ön xəttin yarılması çətindir. Düşmənin yuvasına girmək üçün ön xətt divarlarını yarmaq lazımdır”.
Bunu Baku TV-də yayımlanan “44 gün əsgər Rəşadla” verilişində Vətən müharibəsi qazisi Elşən Rüstəmov deyib.
Kəşfiyyat qrupunda xidmət edən qazi təxliyyəsinə kömək etdiyi yaralı döyüş yoldaşlarından, düşmənin pusqularından, meşə əməliyyatlarının çətinliyindən danışıb.