Qəbiristanlıqdan 3 min manatlıq məhəccər oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb


Şamaxı Rayon Polis Şöbəsinə yanvarın 30-na keçən gecə Həmyəli kəndi ərazisindəki qəbiristanlıqda qəbirlərdən birinin ətrafına çəkilmiş 3000 manat dəyərində məhəccərin oğurlanması barədə məlumat daxil olub.

Daxili İşlər Nazirliyindən (DİN) Oxu.Az-a verilən məlumata görə, daxil olan məlumat əsasında polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən rayon sakinləri Ş.Şıxməmmədov və əvvəllər də oğurluğa görə məhkum olunmuş Ə.Alışov müəyyən edilərək saxlanılıb.

Ətraflarında aparılan tədbirlərlə onların həmin qəbiristanlıqda daha 2 qəbirin ətrafına çəkilmiş məhəccərləri və Sabir qəsəbəsi ərazisində yerləşən şərab zavodundan 5 ədəd kondisioner oğurlamaları da müəyyən edilib.

Source link