Masallı rayonunda avtomobil aşıb, xəsarət alanlar var.
“Report”un Cənub Mərkəzinin xəbərinə görə, hadisə Yardımlı-Masallı yolunun “İsti-su” sanatoriyasının yaxınlığında baş verib.
Belə ki, UAZ markalı avtomobil hərəkətdə olarkən idarəetmədən çıxaraq aşıb. Nəticədə Lerik rayonunun Nücü kənd sakinləri – 1973-cü il təvəllüdlü Yalçın Vəkil oğlu Ağayev, 1983-cü il təvəllüdlü Camal Bilal oğlu Rəhimov və 2004-cü il təvəllüdlü Yusif Siyavuş oğlu Seyfullayev müxtəlif dərəcəli bədən xəsarətlər alıblar.
Yaralılar Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırıb.
Faktla bağlı araşdırma aparılır.