Bakıda təcili yardım avtomobili qəzaya düşüb: Yaralanan var – YENİLƏNİB


Bakıda təcili tibbi yardım avtomobilinin qəzaya düşməsi nəticəsində xəsarət alan şəxs maşının sürücü olub.

Kliniki Tibbi Mərkəzin mətbuat xidmətinin rəhbəri Elnur Hidayətoğlu Oxu.Az-a bildirilib ki, yaralının vəziyyəti yaxşıdır:

“Sözügedən qəza ilə bağlı mərkəzə bir nəfər, təcili yardımın sürücüsü gətirilib. Həkim müayinəsi zamanı onun bazu sümüyünün sınığı və baş nahiyyəsindən yüngül xəsarət aldığı məlum olub. Yaralıya ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıb”.

13:39

Bakıda təcili tibbi yardım maşını qəzaya düşüb.

Oxu.Az xəbər verir ki, ilkin məlumata görə, qəza zamanı təcili tibbi yardım maşınında xəstə olmayıb. Təcili yardımın sürücü, 1971-ci il təvəllüdlü şəxs xəsarət alıb.

Hadisə ilə bağlı Səhiyyə Nazirliyindən Oxu.Az-a verilən məlumata görə, yol-nəqliyyat hadisəsi zamanı bir nəfər xəsarət alıb:

“Hadisə nəticəsində ölən olmayıb. Yaralı təcili olaraq Kliniki Tibbi Mərkəzə yerləşdirilib”.

Faktla bağlı araşdırma aparılır.

Könül Cəfərli

Source link