COVID-19-un əlamətlərindən biri də qoxu və dadbilmənin itməsidir. Bu virusa yoluxanların bəziləri bir neçə gün həmin hislərdən məhrum olurlar.
Amma elə insanlar var ki, onlar koronavirusdan sağalsalar da, belə fəsadlardan qurtula bilmirlər. Ya iybilmə və dadbilmə qabiliyyətləri bərpa olmur, ya da fərqli qoxular hiss etməyə başlayırlar.
Paytaxt sakini Sevinc Şabanova bildirib ki, bir il yarım əvvəl koronavirusdan sağalsa da, iybilmə və dadbilməsi hələ də qayıtmayıb, o, bu qabiliyyətini yenidən bərpa etmək üçün müalicələr alsa da, heç bir faydası olmadığını deyib.
Həmçinin iki ay əvvəl koronavirusa yoluxan Almaz Qasımovada da, iybilmə və dadbilmə bəzi qida və məhsullara qarşı dəyişib.
Daha ətraflı süjetdə: