Zaqatala 20 gün əvvəl itkin düşən gənc tapıldı

DİN-nin mətbuat xidmətinə verdiyi məlumata görə, itkin düşən Zaqatala şəhər sakini, 2000-ci il təvəllüdlü Qurban Telman oğlu Mahmudov tapılaraq ailəsinə təhvil verilib. Qurban Mahmudovun tapılması DİN-nin rəhbərliyi tərəfindən təsdiqlənib. Məlumatda bildirilir ki, keçirilmiş axtariş tədbirləri nəticəsində Qurban Mahmudov fevralın 10-u Bakı şəhər ərazisində tapılaraq ailəsinə təhvil verilib.
Qeyd edək ki, 21 yaşlı Qurban Mahmudov yanvarın 21-i yaşadı ünvandan çıxıb geri qayıtmamışdı.