Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi, Dövlət Miqrasiya Xidmətinin təşkilati dəstəyi ilə “Miqrasiya Könüllüsü” İctimai Birliyinin “PR Məktəbi-2” layihəsinə start verilir və bununla əlaqədar müsabiqə elan edilir.
“Miqrasiya Könüllüsü” İctimai Birliyinin “PR məktəbi-2” layihəsi çərçivəsində seçim turundan uğurla keçmiş gənclər ölkənin bu sahədə tanınmış mütəxəssislərinin iştirakı ilə İctimaiyyətlə Əlaqələr, Digital Marketinq, SMM və digər aidiyyəti istiqamətlər üzrə peşəkar təlim kurslarına qoşulacaq, Televiziya kanallarında, müxtəlif şirkətlərdə praktiki dərslər almaq imkanı qazanacaqlar. Məktəbi uğurla bitirən gənclərə sertifikatlar və tövsiyə məktubları təqdim olunacaq.
15 mart 2022-ci il tarixdən başlayacaq təlimlər həftədə 2 dəfə olmaqla, 2 ay müddətində davam edəcək.
Son qeydiyyat tarixi: 28 fevral 2022-ci il
Müsahibə mərhələsi: 1-10 Mart 2022-ci il
“PR Məktəbi-2” layihəsində ilkin seçimdən keçmiş gənclər müsahibəyə dəvət olunacaqlar.
Qeydiyyatdan keçmək üçün linkə daxil ola bilərsiniz.