Bakıda üç avtomobil toqquşub – FOTO


Bakının Səbail rayonunda yol qəzası baş verib.

APA xəbər verir ki, qəza Salyan şossesində qeydə alınıb.

Belə ki, BMW markalı avtomobil hərəkətdə olan zaman “Toyota” markalı maşın qəfil manevr edib.

Zərbənin təsirindən “Toyota” şossedə olan “Nissan” markalı avtomobilə çırpılıb.

Qəza nəticəsində hər üç avtomobilə ciddi ziyan dəyib.

Faktla bağlı araşdırma aparılır.

Source link