Sumqayıt sakinində AK-74 aşkarlandı

 

Sumqayıt sakinində silah-sursat aşkarlanıb.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, Sumqayıt Şəhər Polis İdarəsinin 3-cü Polis Bölməsinin əməkdaşları tərəfindən şəhər sakini, əvvəllər məhkum olunmuş M.Əliyevdən AK-74 markalı avtomat silahı, bir ədəd patron darağı və üç ədəd patron aşkar edilərək götürülüb.

Source link