“Azərbaycan Qadınları Respublika Cəmiyyəti” İB-i Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Müharibədən əziyyət çəkən qadınlara sosial-psixoloji dəstəyin göstərilməsi” layihəsinin icrasına başlayıb. Layihənin məqsədi Bakı şəhəri, Bakı kəndləri, Ağdam və Ağcabədidə müharibədən əziyyət çəkən qadınlara sosial-psixoloji, eyni zamanda hüquqi dəstəyin göstərilməsində vətəndaş cəmiyyəti institutlarının rolunun artırılmasından ibarətdir. Layihədə həmçinin qadınlarla yanaşı uşaq və yeniyetmələrin də prosesə cəlb olunması nəzərdə tutulur.
Layihənin icrası 2022-ci ilin fevral ayının 1-dən may ayının 1-nə qədər nəzərdə tutulub.
Qeyd edək ki, bu günə qədər “Azərbaycan Qadınları Respublika Cəmiyyəti” İB-i bir sıra uğurlu layihələr həyata keçirib.