Xocavənddə baş verən qəzada yaralıların sayı və vəziyyəti AÇIQLANDI


Dünən axşam saatlarında Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun tikintisi işlərini həyata keçirən subpodratçı “Kolin İnşaat Turizm Sənaye və Ticarət” şirkətinə məxsus xidməti avtobusun qəzaya uğraması nəticəsində müxtəlif dərəcəli xəsarətlər almış 16 nəfər ilkin tibbi yardımdan sonra Bakı Sağlamlıq Mərkəzinə təxliyə edilib.

Bununla bağlı TƏBİB-dən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirili.

Füzuli Rayon Mərkəzi Xəstəxanasından isə Oxu.Az-a verilən məlumata görə, yaralılardan beş nəfər xəstəxanadadır, həkim nəzarətində saxlanılır. Onların vəziyyəti stabildir.

Qeyd edək ki, qəza nəticəsində axşam növbəsinə gedən işçilərdən xəsarət alanlar olub. Hadisənin baş vermə səbəbləri və digər detallar barədə hələlik rəsmi məlumat açıqlanmayıb.

Könül Cəfərli

Source link