,,SAZLI- SÖZLÜ DƏDƏ ƏLƏSGƏR”

Bu gün İsmayıllı Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Ağsu rayon Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə Dədə Ələsgərin 200 illik yubiley tədbiri keçirildi. Rayonun İcra başçısı və nümayəndələri, rayonun hüquq – mühafizə orqanlarının işçiləri, bir sıra peşə sahiblərinin də iştirak etdiyi tədbirdə , Bakıdan qonaqlar da təşrif buyurmuşdular.,,Aşıq Pəri Məclisi”nin rəhbəri Pərvanə xanımZəngəzurlu, ,,Dədə Ələsgər Ocağı İctimai Birliyi”nin müşaviri Güllü Eldar Tomarlı , Birliyin idarə heyyətinin üzvü Tərxanım Museyibqızı, gözəl aşığımız , ,,Aşıq Pəri Məclisi”nin üzvü Gözəl Kəlbəcərlinin çıxışları alqışlarla qarşılandı.Dəvətimizi qəbul edib gəldikləri üçün hər birinə öz adımdan , mədəniyyət işçilərimiz adından təşəkkür edirəm.,,Dədə Ələsgər Ocağı İctimai Birliyi”nin təşkil etdiyi xatirə hədiyyəsi Mərkəzin rəhbəri Elçin müəllimə təqdim olundu.Tədbirdə payonun musiqi kollektivi , aşıqlar və müğənlilər də gözəl çıxışlar etdilər.Tədbirin aparıcısı, hörmətli ziyalımız Tahir Xası idi. Sonda xatirə şəkili çəkildi.
Minirə Dadaşqızı:şair- publisist.
Aşıq Pəri məclisinin üzvü.