Azərbaycanda həkim koronavirusdan vəfat etdi


Sumqayıtda həkim koronavirusdan dünyasını dəyişib.

Bununla bağlı həmkarları sosial şəbəkədə paylaşım edib.

Sumqayıt şəhərində çalışan həkim-stomatoloq 48 yaşlı Rauf Rüstəmov bir müddət əvvəl koronavirusa yoluxub.

Həkimlərin bütün səylərinə baxmayaraq, o, müalicə aldığı xəstəxanada vəfat edib.

İlkin məlumatlara görə, onun həyat yoldaşı da koronavirusa yoluxub.

Könül Cəfərli

Source link