Xəbər verdiyimiz kimi, bu gün yerli vaxtla saat 16:46-da Şamaxı ərazisində zəlzələ qeydə alınıb və bir sıra rayonlarda, habelə paytaxt Bakı şəhərində hiss edilib.
Hadisə zamanı dağıntı və xəsarət alanların olub-olmaması ilə bağlı Daxili İşlər Nazirliyinə (DİN) sorğu ünvanlayıb.
Nazirliyin Mətbuat Xidmətindən sorğumuza cavab olaraq bildirilib ki, zəlzələnin qeydə alındığı və hiss edildiyi ərazilərdə xoşbəxtlikdən dağıntı, insan tələfatı və xəsarətlə nəticələnən hadisə qeydə alınmayıb.