Bakıda hamilə qadın təcili yardım maşınında öldü: Yaxınları tanınmış ginekoloqu döydü – YENİLƏNİB


Kliniki Tibbi Mərkəzdən (KTM) 20 yaşlı hamilə qadının ölümü ilə bağlı açıqlama verib.

KTM-dən Oxu.Az-a bildirilib ki, hamilə qadın Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutundan “Kliniki Tibbi Mərkəz”ə gətirilərkən təcili tibbi yardım maşınında dünyasını dəyişib.

12:50

Bakıda hamilə qadın ölüb.

Oxu.Az-ın məlumatına görə, 20 yaşlı Yeganə Mirzəyeva hamiləlik ilə əlaqədar yaşadığı Sabirabad rayonunda mərkəzi xəstəxananın doğum şöbəsinə aparılıb.

Onu orada tanınmış həkim-ginekoloq Lalə Kazım müayinə edib. Həkim daha sonra hamiləni Bakıdakı xəstəxanalardan birinə göndərib. Hamilə həmin xəstəxanada ölüb.

Bundan sonra Y.Mirzəyevanın həyat yoldaşı, anası və qayınanası Sabirabad Rayon Mərkəzi Xəstəxanasına gedərək, Lalə Kazımı ittiham edib və onu döyüb.

Qeyd olunan faktlarla bağlı hüquq-mühafizə orqanlarında araşdırma aparılır.

Source link