Vətən bizim canımız, Vətən bizim urəyimizdir. 44 günlük Vətən müharibəsində gənclərimiz bunu bir daha əməlləri ilə sübut etdilər

Uzun zaman idi ki, məktəblərdə şagirdlərlə canlı görüşlər həyata keçirmək pandemiya səbəbindən mümkün olmurdu. Nəhayət bu ilin payızında Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi ilə ”Öncə vətən” adlı layihəni Nizami rayonundakı 250, 272, 242, 10 saylı tam orta məktəblərində həyata keçirdik. Layihə rəhbəri Əlizadə Leyla layihənin əhəmiyyətindən danışaraq, torpaqlarımızın azad olunmasında Müzəffər ordumuzla yanaşı gənclərimizdə vətənpərvərlik hisslərinin gücləndirilməsində məktəblərin böyük rol oynadığını vurğuladı. Vətən bizim canımız, Vətən bizim urəyimizdir. 44 günlük Vətən müharibəsində gənclərimiz bunu bir daha əməlləri ilə sübut etdilər. Ön cəbhədəki zabit və əsgərlərimizlə, arxa cəbhədə mülkü vətəndaşlarımız birlikdə düşmənə qarşı mübarizə apararaq totpaqlarımızı işğaldan azad etdilər. Bu günlər də biz Zəfər bayramımızı da qeyd edəcəyik! Azərbaycan xalqı gələcəyimiz olan gənc nəsli torpağına elinə ,obasına hörmət və vətən sevgisi ilə böyüdüblər. Vətən müharibəsində şəhid olan Namiq Cavadovun anası Svetlana Cavadovada oğlu ilə bağlı kövrək xatirələrindən danışdı. Vətən qarşısında mən də öz borcumu yerinə yetirərək oğlumu özüm Xocalı rayon Hərbi komissarlığına apararaq döyüşə göndərdim. Oğlum da zabit şərəfini ləyaqətlə qoruyaraq, döyüşərək Füzulidə şəhid oldu. Qarabağ sevdalı sənətşünas. qiraətət ustası Məleykə Alıoğlunun söylədiyi Qarabağ şeri coşğu ilə qarşılandı.Erməni Təcavüzünün Tanıdılması İB-nin sədri Səriyyə Müslüm qızı və məktəbin direktoru Akif Rəsulov ürək sözlərini söylədilər.