Direktor koronavirusa yoluxdu, məktəb bağlandı


Xırdalan şəhəri 7 nömrəli tam orta məktəb distant təhsil formasında fəaliyyət göstərəcək.

Bu barədə “Qaynarinfo”ya valideyinlər məlumat verib.

Belə ki, öncə məktəbdə bir neçə sinif distant təhsilə keçib. Məktəb direktoru Zenfira Orucova və ona yaxın müəllimdə virus aşkarlandıqdan sonra, əyani tədris prossesi distant təhsillə əvəz olunub.

Qeyd edək ki, dünən koronavirusun aşkarlanması səbəbindən Bakıda 124 və 299 nömrəli tam orta məktəblər, eləcə də Oğuz rayonunun Bayan kənd tam orta məktəbi distant tədrisə keçib.

Source link