Bakıda 14 yaşlı qız özünü doqquzuncu mərtəbədən atıb


Bakıda yeniyetmə intihar edib.

“Report” xəbər verir ki, hadisə Qaradağ rayonunda baş verib.

Müşfiqabad qəsəbəsində 14 yaşlı Aygün Eyvazova özünü yaşadığı binanın 9-cu mərtəbəsindən atıb. O, təcili tibbi yardım ilə xəstəxanaya çatdırılıb. A.Eyvazovaya bədənin çoxsaylı sınıqları, müştərək travması, açıq-kəllə beyin travması diaqnozları qoyulub.

Yaralının vəziyyəti ağır olduğundan reanimasiya şöbəsinə yerləşdirilib. Onda komatik vəziyyət müşahidə olunur.

Hadisə ilə bağlı araşdırmalara başlanılıb.

Source link