Nəriman Nərimanov küçəsi Sumqayıt şəhərində avtomobillərin ən intensiv hərəkət etdiyi küçələrdən biridir.
Küçədə yol boyu açıq kanalizasiya quyuları var. Bu isə avtomobillərin hərəkətində ciddi problemlər yaradır.
Küçə sakinləri bildirdiyinə görə, bir həftədən çoxdur ki, kanalizasiya quyusunun qapağı yoxa çıxıb. Onun yerinə plastik qapaq və ya adi list dəmir qoyulsa da, onlar da qırılıb tökülür.
Buna görə də həmin yoldan istifadə edən avtomobillər tez-tez ağzıaçıq quyuya düşərək qəza hadisəsi törədir.
Daha ətraflı Baku TV-nin süjetində: