“Erməni xəstəliyi, xülyası bunların özlərini bədbəxt duruma salıb”

Bu gerçəkdən belədir. Azərbaycan öz zəngin iqtisadi potensialına güvənib strateji layihələri davam etdirə bilər. Lakin regionda sülhü mökəmlətmək, dünyada və bölgədə gedən geosiyasi prosesləri nəzərə alaraq Ermənistanla əməkdaşlığı kənara atmaq olmaz.
Bunu “Xalq Cəbhəsi”nə açıqlamasında “Sosial Rifah və Tədqiqatlar” İctimai Birliyinin sədri Əkrəm Bəydəmirli bildirib.

Onun sözlərinə görə, Cənubi Qafqaz elə bir regiondur ki, sabitliyi qoruyub saxlamaq çox çətindir. Sülhü qoruyub möhkəmlətmək üçün hazırda ən optimal vasitələrdən biri çoxtərəfli iqtisadi layihələrin sürətlə icra olunmasıdır: “Vaxtılə Avropada uzun illər davam edən müharibələr olub. Bu gün həmin ölkələr arasında iqtisadi əməkdaşlıq elə formada qurulub ki, həmin məkanda dövlətlərarası sərhədlər simvolik xarakter daşıyır. Düzdür, bizim regionumuzda bunu etmək çətindir. Erməni xəstəliyi, xülyası bunların özlərini bədbəxt duruma salıb. Ancaq çoxtərəfli iqtisadi əməkdaşlıq, nəhəng iqtisadi layihələr və nəhayət Ermənistanda bu reallığı dərk edən qüvvələrin olması Azərbaycanın strateji hədəflərə çatmasında mühüm faktordur”.

Ə.Bəydəmirli bildirib ki, Ermənistanın Azərbaycanla iqtisadi sahədə əməkdaşlıq etməsi dünyada və həmçinin düşmən ölkənin içərisində kök salmış terror şəbəkəsinin strateji maraqlarına uyğun deyil.

Cavid