Bu gün Milli QHT Forumunda bir sıra QHT rəhbərlərinin iştirakı ilə Azərbaycanın baş kulinarı, Azərbaycan Milli Kulinariya Mərkəzinin rəhbəri Tahir Amiraslanla görüş kecirildi

Bu gün Milli QHT Forumunda bir sıra QHT rəhbərlərinin iştirakı ilə Azərbaycanın baş kulinarı, Azərbaycan Milli Kulinariya Mərkəzinin rəhbəri Tahir Amiraslanovla görüş keçirildi. Görüşdə Azərbaycan mətbəxinin, mədəni irsimizin dünya ictimaiyyətinə çatdırılması, Mərkəzin uğurlu fəaliyyəti, eyni zamanda I vitse-prezident xanım Mehriban Əliyevanın mədəniyyətimizin tanıdılması istiqamətində gördüyü əvəzsiz xidmətləri müzakirə olundu.
Görüşdə həmçinin Mərkəzin qarşılaşdığı problemlər, beynəlxalq tədbirlərdə ermənilərin yaratdığı əngəllərdən söhbət açıldı. Təəssüf ki, bəzən bu əngəlləri yaradan məhz içimizdən olanlardır. Özlərini kulinar, eyni zamanda QHT nümayəndəsi adlandıran bu şəxslər hərəkətləri ilə yalnız Kulinariya Mərkəzinə və ya Tahir müəllimə qarşı vuruşmurlar, onlar sanki ölkəmizə, milli mətbəximizə, milli dəyərlərimizə düşmən kəsiliblər. Kulinariya Mərkəzinin gördüyü işlərə kölgə salmaq, bu Mərkəzi beynəlxalq tədbirlərdən uzaqlaşdırmağa cəhd göstərmək, əvəzində isə ermənilərə hər addımda dəstək olmağa çalışan bu gənclər, şəxslər sanki bu ölkənin vətəndaşları deyil.
QHT nümayəndələrinə, ictimai fəal şəxslərə bu işdə Azərbaycan Milli Kulinariya Mərkəzinə, xüsusən öz işinin peşəkarı, Azərbaycan mətbəxinin layiqli tanıdılmasına xidmət edən və var-gücü ilə ermənilərin mətbəximizi mənimsəməsinə qarşı mübarizə aparan Tahir müəllimə dəstək olmağa çağırıram. Çünki bu mübarizə yalnız onun mübarizəsi deyil, bu mübarizəni hər bir Azərbaycanlı aparmalı və dəstəyimizi əsirgəməməliyik!