Mövcud reallıq Ermənistanı daha acınacaqlı duruma sürükləyir. Adı çəkilən ölkə sülhyaratma prosesinə nəinki hazır deyil, hətta gərginliyi daha da artırmaqda davam edir. Bu ölkənin Müdafiə Nazirliyi mütəmadi olaraq Azərbaycan tərəfdən atəşkəsin pozulması ilə bağlı saxta xəbərlər yayır. Gərginliyi artırmağa xidmət edən Ernənistanın Müdafiə Nazirliyinin bu addımları böyük ehtimalla dünya ictimaiyyətində həm regionla, həm də Azərbaycanla bağlı mənfi rəy formalaşdırmağa xidmət edir.
Sülh şəraitində yaşamaq düşüncəsindən çox uzaq olan qatı terrorçular Ermənistanın keçmiş prezidentləri R. Koçaryan və S. Sarkisyanın adı çəkilən ölkənin Müdaifiə Nazirliyində özlərinə yaxın yüksək çinli hərbiçilərlə sərhəd ərazilərdə təxribatlar törətməsi və dərhal Azərbaycanın əleyhinə bəyanatlar səsləndirməsi adi hala çevrilib. Regionda gedən proseslərdən və həmçinin Ermənistan cəmiyyətinin ciddi psixoloji durumundan istifadə edən həmin təxribatçı qüvvələrin məqsədi sülhə əngəl olmaqdır. İlk yayılan dezinformasiyalar bir çox hallarda erməni tərəfinin işinə yarayır. Bəzi ölkələrin rəsmiləri ermənilərin saxta təbliğatına və təxribatına uyaraq məntiqsiz bəyanatlar səsləndirirlər.
Hər zaman qeyd etdiyimiz kimi, biz informasiya cəbhəsində öz siyasətimizi daha çevik qurmalıyıq. Bütün bunlarla bərbər hüquqi müstəvidə aparılan işlərin, yəni terrorçuluqda suçu olan şəxslərin cinayət məsuliyyəti məsələsi hər zaman gündəmdə olmalıdır. Xocalı soyqırımında və azərbaycanlılara qarşı törədilən digər qətllərdə R. Koçaryan və S. Sarkisyan cütlüyünün əli olması faktlarla sübut olunub. Bəs, bu vaxta qədər bu qatillər niyə beynəlxalq məhkəmə qarşısına çıxarılmayıb?
Belə qatı cinayətkarlar Ermənistanın Azərbaycanla sülh şəraitində, dinc qonşuluq prinsipləri ilə yaşamaq imkanlarına heç zaman imkan verməzlər. Ona görə də, Azərbaycan xalqına qarşı terrorçuluqda ittiham edilən həm Koçaryan- Sarkisyan cütlüyü, həm digər yanların beynəlxalq hərbi məhkəmə qarşısına çıxarılması prosesi sürətlənməlidir.
Müşahidələr göstərir ki, işğaldan azad olunmuş ərazilərdə son dövrlər dinc azərbaycanlılara, həmçinin iki media əməkdaşına qarşı həyata keçirilmiş mina terrorunun arxasında Ermənistanın başıpozuq müdafiə nazirliyi sistemi və digər təxribatçı qüvvələrin olması şübhəsizdir. Bütün bu proseslərdə indiki baş nazir
səlahiyyətlərini icra edən N. Paşinyanın nə dərəcədə əlinin olub olmamasını demək çətindədir. Çünki Ermənistanda at izi it izinə, it izi at izinə çoxdan qarışıb.
Rusiyanın xüsusi xidmət orqanları ilə sıx təmasda olduğu ehtimal edilən Koçaryan- Sarkisyan cütlüyü və onların tör-töküntüləri təxribatçı əməlləri ilə Rusiyanın sülhyaratma missiyasına zərbə vurmuş olurlar. 10 noyabr 2020-ci il üçtərəfli bəyanatını Rusiya tərəfi də imzaladığına görə, öz imzasına hörmətlə yanaşıb məsuliyyətini dərk etməlidir. Rusiya tərəfi anlamalıdır ki, çoxtərəfli siyasi gedişlərlə, oyunlarla və ermənilərə havadarlıq etməklə Cənubi Qafqazda nüfuzunu qoruyub saxlamaq, sabitliyə nail olmaq mümkün deyil. Yalnız ədalətli yanaşma, cinayətkarın cəzalanması nəticəsində regionda möhkəm sülh bərqərar olar.
Sonda mina məsələsinə yenidən toxunmaq istərdim. Ermənilərin mina terroru cavabsız qalmamalıdır. Bu vəhşi qəbilənin əməlləri, terrorçuluğa hər zaman meylli olmaları göz qabağındadır. Erməni vəhşiliyini dayandırmaq üçün Dəmir Yumruqla bərabər beynəlxalq müstəvidə sistemli, davamlı iş sürətlənməlidir. Bir daha bütün şəhidlərimizə, mina partlayışı zamanı dünyasını dəyişənlərə rəhmət diləyək. Erməni vəhşiliyini lənətləyək.
Niyə görə Ermənistan mina xəritələırini Azərbaycan tərəfinə vermir? Bu vəhşi qəbilənin məqsədi odur ki, didərgin düşmüş Azərbaycan vətəndaşları işğaldan azad olunmuş öz torpaqlarına qayıda bilməsin, çoxlu sayda dinc insan mina qurbanı olsun. Nəhayət Azərbaycan bu ərazilərdə quruculuq-bərpa işlərini apara bilməsin. Bu proseslər ləngisin. Belə məkrli planlar quran toplumla necə bigə yaşayış mümkün olar? Bu erməni xəstəliyinin ağır formasıdır. Gürcüstan, erməniyə sevgi bəsləyən İran, hətta Rusiyada bunun fərqində olmalıdır. Çünki adı çəkilən və çəkilməyən dövlətlər də belə ağır virusla üzləşə bilərlər.