MİNGƏÇEVİR ŞƏHƏR SƏHİYYƏSİNDƏ “COVID-19 la MÜBARİZƏ”- AKSİYASINA QOŞULAQ

Bütün Dünyanı öz ağuşuna alan dəhşətli COVID19 virusu ilə mübarizə – Azərbaycan Respublikası Səhiyyə Nazirliyi İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, TƏBİB-in icraçılığı və Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycandakı Nümayəndəliyin texniki dəstəyi ilə ölkəmizdə yüksək səviyyədə həyata keçirilməkdədir.
Yoluxmaların sayı azalır kimi görünsə də, COVID-19-a qarşı mücadilə hələ də davam edir. Məhz buna görə də, səhiyyə işçiləri müntəzəm olaraq xalqa təmənnasız dəstəklərini aşılayırlar. Yardımlarını əsirgəməyən səhiyyə işçilərimizin fədakarlıqları danılmazdır. Bu gün Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Mingəçevir şəhər bölməsində Covid19 pandemiya virusuna qarşı xalqa olan dəstəyin bir daha şahidi oldum. Mingəçevir şəhər Mərkəzi Xəstəxananın gülərüz, mələk simalı həkimi Nailə xanım Əhmədova başda olmaqla, baş tibb bacısı Tünzalə Əliyeva və Aida Hüseynova, Gülgəz Abdullayeva xalqa yorulmadan şəfalı əlləri ilə qayğı gösdərirlər..
AQGBərabərliyi Adminstratsiyasının və Dünya Ana və Uşaq IB.nin rəhbərliyi adından Mingəçevir şəhər Səhiyyəsinin qayğıkeş kollektivinə bu ciddi və məsuliyyətli işdə uğurlar arzu edirik.
Ailə Qadın  Gender Bərabərlik Agentliyinin PREZİDENT ADMİNST. və
Dünya Ana  Uşaq IB.
sədr müavini: N.Məmmədova