SUMQAYIT SAKİNLƏRİ GÜL BAYRAMINA DAHA BIR GÖZƏLLİK QATMIŞLAR.

Son illər Gül bayramı çox təntənəli şəkildə kecirilir. Ən gözəl güllər mayın 10u üçün hazırlanır və Ulu öndərin ad günü münasibəti ilə xalqımıza gözəllik bəxş edilir. Azerbaycanın dilbər guşəsi olan Sumqayıt şəhərinin 14cü məhəlləsi bu gözəlliyə daha bir gözəllik qatmışdır.
10May Ümummilli Liderimizin Anadan olmasının 98 illiyi münasibəti ilə Gül bayramı günü AĞ ÇİÇƏYİM Gül dükanının açılışı qeyd olunmuşdur. Bu təntənəli açılış Ulu Öndərimizin ad gününə bir töhfə olmuşdur. Açılışda Sumqayıt şəhərinin bir çox təşkilat və İctimai Birliklərinin nünayəndələri öz xeyir dualarını vermişlər. Biz də öz növbəsində, göz oxşayan bu gözəllik yaradıcılarına UĞURLAR arzu edirik… Həyatınız daima bu güllər kimi rəngarəng olsun..deyirik.
Naile Muradova.