Doktor Hüseyn Əhədi-100 Ey torpağı ləl mərcan Azərbaycan, Azərbaycan.

Milli təbabət tariximizə bir sıra xarici ölkələrin tibbi tarixində əvəz olunmaz iz qoyan, şəfalı əlləri olan, unudulmaz görkəmli alim doktor Hüseyn Əhədi Həzrətqulu oğlunun bu il anadan olmasının 100-cü ili tamam olur. Doktor Hüseyn Əhədi alim, həkim, pedaqoq və insan kimi yaşadığı mühacirət dövründə keçdiyi şərəfli ömür yolu, həyat, mənəviyyat, insanlıq, xeyirxahlıq, kamillik, özünə inam və müdriklik məktəbidir. Azərbaycan tibb aləminə əvəz olunmaz tövfələr verən doktor Əhədi öz elmi, biliyi və bacarığı ilə, ölkədə yaşayan bütün xalqların tibbə ehtiyacı olan nümayəndələrinə, ürəklə tibbi xidmət göstərdiyindən çox danışmaq və yazmaq olar.

Əhədi Hüseyn 1920-ci ildə bir tərəfi mavi xəzər, bir tərəfi yaşıl meşələrlə bəzənmiş Cənubi Azərbaycanın Astara şəhərində dünyaya göz açmışdır. 1953-cü ildə Nəriman Nərimanov adına Azərbaycan Dövlət Tibb İnistitutunun Müalicə Proflaktika Fakültəsini bitirmişdir. Elə həmin ilin iyul ayında əsl həyat və təcrübə məktəbi olan kənddə, Xaçmaz məntəqəsinin çox millətlərin nümayəndələrinin daimi yaşayan qəsəbəsi olan Alekseyovka qəsəbəsindəki tibbi məntəqəyə baş həkim göndərilmişdir. Alekseyovka kəndində bir müddət işləyib təcrübə qazandıqdan sonra, hərəkət orqanlarının (əzələ, oynaq) xəstəlikləri, daha artıq dərəcədə gözə çarpırdı. Bu xəstəliyə zəhmətkeş insanların müraciəti üstünlük təşkil edirdi. Odur ki, bu sahədə peşəkar mütəxəssis həkim olmaq üçün Bakıda yenicə təşkil olunan azərbaycan terapiya kurortologiya institutunda kurs keçir. İnstitutun müdriyyəti Əhədinin

təşəbüskar, hafizəli olduğunu görüb, Azərbaycan Səhiyyə Nazirliyinə məktub yazır. Doktor Əhədinin bilikli və bacaraqlı olduğu üçün, inistitututda müəllim həkim kimi qalmasını məktubda nazirlikdən xahiş edir. Razılıq əldə edildikdən sonra doktor Əhədi həkim müəllim kimi aspirant olaraq məşhur “Naftalan” neftinin tərkibini öyrəndikdən sonra, tətbiq üsullarını da öyrənib, bu sahənin namizədliyinin müdafiəsini 1957-ci ilin dekabr ayında müvəffəqiyyətlə edir. Öz elmi təcrübəsini, biliyini gündən-günə artıran doktor Hüseyn Əhədi “Naftalan”nın tərkibindəki komponentlərin əzələ, oynaq, xəstəliklrinin çox sahəli müalicəsinə malik olduğunu və əhəmiyyətli dərəcədə müsbət təsirini görür. Təcrübədə gözlənilən nəticələrin səmərəli olduğuna əmin olduqdan sonra Əhədi 1971-ci ildə ildə doktorluq diseratsiyasını müdafiəsini başa çatdırır. Doktor Əhədi dünya təbabət aləmində xüsusi yeri olan “Naftalan”nın yaranışını, ilk mənşəyini, inkişafını və kefiyyətini əks etdirən bu doktorluq müdafiəsi əsərində, özünün geniş şərhi ilə, maraqlı və dolğun olan o zamana kimi səviyəli yazılan bütün yazılarda, özünün inandırıcı rəqəm və faktlara söykəndiyi ilə fərqləndirir. Bu onun illərlə apardığı sınaq təcrübəsinin məcmuəsi olaraq, müxtəlif tibb elmi jurnallarında çap etdirdiyi məqalələrində də öz əksini tapır. Onlarca sayı olan bu məqalələrdə, doktor Əhədi “Naftalan”ın hansı formada müalicədə istifadə olunması ilə əlaqədar olaraq, daxili üzvlərdə xüsusilə ürəkdə nə kimi kefiyyət və kəmiyyət dəyişikləri baş verdiyini müasir təbabət ölçüləri ilə müqaisəli dəqiqləşdirmə apararaq öz qəti fikrini demişdir. Bakı şəhərinin bir çox klinikalarının fizioterapiya həkimləri doktor Əhədinin müalicə üsulundan daima yararlanırlar. Azərbaycanlılarla bərabər Türkiyə, Türkmənistan və Tacikistan cumhuriyyətlərindən olan tibb fizioterapiya həkimlərinin hazırlanmasında doktor Əhədinin dəyərli xidməti olmuşdur. Bilik və təcrübəsindən faydalanan xəstələrdən gələn təşəkkür məktublarını tək-tək

oxuduqda insan qəlbi fərəhlə dolur. Bu məktubların içərisində bir fədai məktubuna rast gəldim. O yazır:

Salam doktor Əhədi. İllərlə əziyyət çəkdiyim ayaqlarımın ağrısından, əzabından məni xilas etdiyiniz üçün sizə minnətdaram. Sizin mərhəmətinizi və qayğıkeşliyinizi ömrüm boyu unutmaram. Hamısıah sizə yar olsun.

Seyidi Mirkərim.

Şəmkir Çinarlı qəsəbəsi 9 iyul 1971-ci il.

Məhəbbət dolu bu minnətdarlıq məkrubunu uzaqlarda yaşayan Seyidi Mirkərim milli hökumət dövründə Mərənd, Ələmdar şəhrbanısının məmurlarından biridir.

Tanınmış farmagologiya və fiziologiya kafedrasının (Azərbaycan tibb inistitutu) professoru, görkəmli alim, prifessor Cavad Təqdisi deyirdi:

Doktor Əhədi bir mövzu haqqında tibbi, elmi və yaxud qeyri elmi söhbət də edərkən kefiyyətli alınır. Beləliklə yürütdüyümüz elmi fikri mühakimənin açıq şəkildə bəyan olunmasına köməklik edir. Onun danışıqlarında səmimi və ülvi qabiliyyətin yüksək dərəcədə dərin olduğunu mən hiss etmişəm. Hər cür lazımsız mühakimələrdən qaçan Əhədi , insanın nitq aləmindən süzülüb gələn, incə zövqlə dilin hikmətli, elmi, əxlaqi mənası olan fikirlərə qulaq asması da insanda fərəh oyadır. Əhədinin nəzəri təcrübi biliyi kamil olması çox sevindiricidir. İlk illərdə mənəvi zərbə alan, iki uşağının, (Azadə və Mənijənin) təlim-tərəbiyyəsi ilə məşğul olmaqla yanaşı, xaricdə və daxildə onlarla peşəkar həkimlər nəsli, yüzlərlə tibbi təcrübə qoymaq, nəticələri müqayisə etmək, sanballı doktorluq disertasiya müdafiəsi yazmaq və başa çatdırmaq hər adamın işi deyildi. Buna görə mətin, iradə, yuxusuz gecələr və dərin bilik lazımdır. Bunların hamısının doktor Əhədidə olması sevindirici və heyran edicidir.

Kamil insanlar illər ötdükcə, elm tarixində yaşayanlar daha böyük hörmətə və qiymətə nail olurlar. Çünki belə insanlar mənsub olduqları xalqın və vətənin təmsilçiləridir. Bunların sırasında təbii xalq təbabətinin müasir tibbinin nəzəri və təcrubi nailiyyətlərlə zənginləşdirən, tükənməz sərvətimiz olan “Naftalan” neftinin əzəlindən tutmuş bu günə kimi bir çox dərdlərə şəfa verici olduğunu, geniş mənada nəzəri bilik və faydalı təcrübi işlərlə əsaslandıran doktor Hüseyn Əhədinin də adı milli təbabət tariximizdə şərəflə yaşayacaq və hörmətlə yad ediləcəkdir. Bunu qeyd edək ki, doktor Əhədi Azərbaycan tarixinin siyasət aləmində böyük iz buraxmış İbrahimilər nəslinin nümayəndəsi olan İrəc xanım İbrahimin həyat yoldaşıdır.

Bu yazı doktor Kavə Qafar Muğanlının

17 fevral 2010-cü ildə yazısına istinad olaraq yazılıb