Əvvəlki hissələrdə aylar öncə Tehranda Azərbaycana hücumun planlaşdırıldığı qeyd edilmişdi. Onların məqsədi öncə vəhşiliklə qətllər törətədərək, xalqda qorxu və dəhşət yaratmaq, sonra isə kitab yandırmaq və cənuba sürgün etmək kimi hədəflərə nail olmaq idi. Bu plan təkcə sürgünlərə şamil deyildi, bəlkə Azərbaycanda bütün ictimai birlik və iqtisadi bazaları dağıdmaq idi. Bunun məqsədi isə daha gələcəkdə Azərbaycanda başqa ictimai-siyasi hərəkatlar baş tutmasın. Ona görə də müxtəlif üsullardan istifadə edilərək, Azərbaycan kapitalının mühüm qismi Tehran və digər məntəqələrə daşındı. Qorxu və dəhşət üzündən Azərbaycan ziyalıları yurd-yuvalarını tərk etmək məcburiyyətində qaldılar. Azərbaycanda uzun müddətli represiya üçün zəmin yarandı. Mühacir toplusunun sürgünə göndərilməsi o represiv siyasətin bir hissəsi idi. Beləliklə də Azərbaycanın böyük şəhərlərində firqəçılərin və mühacirlərin ovlanması davam etdi. Qısa müddətdə minlərlə azərbaycanlı cənuba sürgün edilmək üçün həbs olundu.( Ali təhsilə və ya müxtəlif ixtisaslara sahib olan bu mühacirlərin bir qismi Azərbaycanda milli hökumət yarandıqdan sonra onun qurulmasında iştirak etmək və azadlıq nemətlərindən dadmaq üçün cənuba köçdü.) Onların bəziləri subay, bəziləri ailəli və azyaşlı uşaqları ilə birlikdə idilər. Zor və işkəncə ilə müqavimət ruhunu qırmaq üçün ilk günlərdən həbs olunmalar başladı. Söyüş, təhqiredici sözlər və aclıq pisixoloji işkəncələrin bir bölümü olaraq bəzən fiziki işkəncələr ilə birləşirdi. Onlarla müharibə əsirləri kimi davranırdılar. Hər gün güşə və kənardan toplanaraq sayları artmaqda idi. Bu cinayət və deportasiyanın miqyası hələ də dəqiqləşdirilməyib, çünki İslam Cümhuriyyəti rejimi də öz arxivlərini bağlı saxlamaqdadır.Bu faciənin yalnız kiçik bir hissəsi roman formasında yaxud Gəncəli Səbahi və “…..Rəhimzadə” kimi şəxslər tərəfindən “Qorxu və Ümid İllər” adlı (Bədrabad və Yəzd xatirələri) ünvanında nəşr edilmişdir.
Gəncəli Səbahi (1385-1285) Azərbaycanda milli hökumət yarandıqdan sonra azadlıq və özünə inam mühitindən zövq almaq üçün ailəsi(3 övladı və xanımı) ilə birlikdə Təbrizə gələn mühacirlərdən biri idi. O, uzun illər Azərbaycanın şimal hissəsində müəllim (pedaqoq)işləmiş və həm də yazıçı olmuş. Lakin o, Azərbaycanın Cənub hissəsində Tehranın zülmkarları və zalımları tərəfindən
qəfildən tutulub həbs edildi. Onunla müharibə əsirləri kimi davrandılar. Hərbi komandanlığın komandanı General “Şahbəxti” bunların (mühacirlərin) Azərbaycanda ictimai təhlükəsizliyi pozduğuna dair fərman verdi. Ona görə də onların insanlıq haqları heçə sayıldı. İllər sonra Səbahi bu ağır günlərlə bağlı xatirələrini “İşıq Azərbaycan” saytı ilə birlikdə1983-cü ildə “Otən Günlərim” adı altına nəşr etdi.
Sabahinin tutulması ilə bağlı necə döyüldüyünü və təhqirlərlə müşayiət olunduğunu izah edərək yazır: “Bizi yük maşınlarına mindirdilər, gediş yeri bəlli deyildi. Zəncanda maşınlardan endik və qatarın yük vaqonlarına minib Xorrəmabada getdik. Yenidən Bədrabad sürgününə aparılması üçün gözləyən maşınlarına mindik”.(Bədrabad II Dünya Müharibəsində ABŞ ordusu üçün hərbi düşərgəsi idi. Onun sahəsi 100 vur 30 metr kv ölçülüsündə, 82 salon və 10 metr hündürlüyündə bir çox yaşayış, habelə ofis evləri, əsgərlər üçün idman, istirahət sahələri və asfalt örtüklü küçələrdən ibarət idi.)
Səbahi yazır: “Bədrabad, Xorramabad’dan bir neçə kilometr məsafədə, Əhvaz’a gedən yolda yerləşir. Bu kiçik qəsəbə dağılmaq üzrə idi, salonları və evlərı toz-torpaq bürümüş, ətraf mühit isə alaq otları ilə örtülmüşdü. Yük maşınlarından düşüb subaylar salona və ailələr isə mənzillərdə yerləşdillər. Yük maşınları bir-birinin ardınca digər insanları boşaltdı. İlk növbədə zalları və ətrafı yabanı otlardan təmizlədik. Aramızda bacarıqlı və peşəkar- çörəkçi və aşpazdan tutumuş həkim, tibb bacısına qədər çox işgüzar insanlar var idi. Bu səbəbdən düşərgəni nizama salmaq, iş bölgüsü və çörəyi habelə yeməyi bölüşdürmək elə də problem deyildi. Düşərgəyə polkovnik “Vəziri” rəhbərlik edirdi. Düşərgənin tikanlı məftil ilə ətraf mühitdən ayırmışdılar. Düşərgə ətrafda olan bir qrup əsgərlər tərəfindən qorunurdu. Kimsə düşərgəni tərk edə bilməzdi. Yerli əhaliyə də onların əsgərlərimiz tərəfindən tutulan və müsəlman olmayan əsirlər olduğunu və dili bilmədiklərini söyləmişdilər. Ona görə də yerli əhali tikanlı məftillər arxasından maraqla onları seyr edir, bəzən də qəzəb, nifrət və bəzən isə mərhəmət hissi ilə onlara baxırdılar.
Məhərrəm ayı yetişdi, düşərgə içərisində bir hərəkətlilik başladı. Bir qrup insan salona toplaşaraq əzadarlığa başladı. Düşərgə komandiri və əsgərlər Aşura gününə qədər onların bu əməllərinə müdaxilə etmədilər. Əzadar qrupların nizamlı yürüşləri, məddah və mərsiyə oxuyunların xoş səsi düşərgənin fəzasını dəyişdi. Gənclərdən bir qurup əyinlərində qana boyanmış ağ xalat(kəfən) geyərək dəstələrin önündə hərəkət edirdi. Bu hadisə yerli xalqın baxışlarında böyük təsir göstərərək, onları bu əsirlərə yaxınlaşdırdı və düşərgə hərbi
komandirin onlar haqında söylədiyi yalan da ifşa olundu. Onların hərbi əsir olmadıqları və Azərbaycandan gətirildikləri, habelə Türk dilindən başqa Fars dilində yerli camaatla danışa bildikləri bəlli oldu. Baxmayaraq ki, bu söhbətlər gizli və mühafizəçilərin gözlərindən uzaq gedirdi. Yerli camaat deyirdi ki, bizə, “sizin əcnəbi və çox təhlükəli insan olduğunuzu”- söyləyirdilər.
Məhərrəm hadisəsi vəziyyəti dəyişdirdi. Məcburi işləməklər artdı, bəzən mühacirləri məcburi iş və yabanı ot toplamaq üçün düşərgədən çıxarırdılar. Eyni zamanda əsgərlər qorxu və dəhşət yaratmaq üçün yoxlama bəhanəsi ilə evlərə və salonlara basqın edirdilər. Qorxu və dəhşət altında yaşayan uşaqlar daha çox ziyan görürdülər. Amma gün batarkən gənclər xoş bir səslə türk mahnılarını oxuyurdular. Digər qruplar isə şahmat oynayırdılar. Bir gün Polkovnik “Vəziri” qəflətən salona girir və bir qrupun şahmat oynadığını gördükdə təəcüb edərək deyir: “Bu vəziyyətdə də zehinlərini gücləndirməklə məşğul olan qayğısız insanlara baxın.”
Mühacirlər Bədrabad düşərgəsində 4 ay sürgün həyatı yaşayır və bu müddət ərzində mərkəzdən bir komissiya düşərgəyə gələnə qədər bəziləri həyatlarını itirirlər. Komissiyanın məqsədi düşərgə sakinlərini uzaq cənub şəhərlərinə dağıtmaq idi. Çünki onlar düşərgə sakinlərinin uzun müddət əsgərlərin nəzarəti altında qalmalarını istəmirdilər. Bəzi ailələrlə birlikdə Səbahi də “Müzəffər” qalasına köçürülür. O, özü bu haqda yazır: “Bizi yük maşını ilə gətirib o rayonun icra hakiməyyəti idarəsinə təhvil verdilər. Daha başımız üzərində silahlı əsgərlər yox idi. Hər bir necə adamı çökmək üzrə olan komaya yerləşdirdilər. Biz 4 nəfər onlardan birində yerləşdik. yaşamaq üçün iş axtarmağa çalışdıq. Çörəkçi və ya bərbər peşəsini bilənlər az maaşla bir işə sahib oldular. Ümumi əfv qanunu parlametdə təsdiq olana qədər mən də bir ofisdə çalışdım. Sonra bizə rəhbərlik edən zabitin yanına gedib dedim ki, Təbrizə getmək istəyirəm, üzünü turşudaraq təəccüblə soruşdu: “ Təbriz?” “Bəli”- dedim, məgər ümumi əff qanunu çıxarılmayıbmı? Dedi, çıxarılıb, amma Təbrizə getmək olmaz. dedim ki, həyat yoldaşım və övladlarım Təbrizdədirlər, çoxdandır olardan və, necə yaşadıqlarından xəbərim yoxdur. sonralar rüşvət gözlədiyini başa düşdüm. Lakin məndə pul yox idi. Bir müddət çəkiş-bərkişdən sonra Təbrizə getməyimə razılıq verdilər.
Təbrizdə acınacaqlı və ürəkağrıdıcı mənzərənin şahidi oldum. Uşaqlar yeni yetmə yaşlarında təhsildən əl çəkərək, hər biri yaşamaq üçün erkən yaşda işləməyə məcbur oldular. 1948-ci il Azərbaycan xalqı üçün ən ağır və dözülməz il idi. Minlərlə insan aclıqdan həyatını itirdi. İşsizlik və yoxsulluq kəndliləri
şəhərlərə köçməyə məcbur etdi. Uşaqlar bir tikə çörək üçün ən ağır işlərə dözürdülər. Səbahi yazır ki, uşaqlarımın qabarlı əllərinə baxmaqdan utandım, ona görə də iqtisadi fəaliyyət və iş qurmağı düşündüm. İllər öncə fotoqraf peşəsini öyrənmişdim və Azərbaycanın şimal bölgəsində o işlə bir müddət yaşayışımızı təmin etdik. Amma bu işi görmək üçün iş alətlərinin təmin edilməsinə bir az kapital lazım idi. Bu səbəbdən “Myab” kəndindəki ata evini satmağı düşündüm. Oraya gedib, evi satdım və Təbrizdə bir fotostudiya qurdum. Amma bir neçə gün sonra məni valiliyə çağırıb, dedilər ki, fotostudiyanız Sovet xəstəxanasına yaxın olduğu üçün dərhal oranı boşaltmalısınız, bu bir əmrdir. İtaət etməli idim, bu üzdən iş yerimi bazarın yaxınlığına köçürdüm. Yenə məni çağırıb Təbrizdən başqa yerə köçməyin lazım olduğunu söylədikdə, bunun bir əmr olduğunu öyrəndim. Bu onu göstərirdi ki, milli hökumətin vəhşicəsinə devrilməsindən, bölgədəki hərbi qüvvələrin cəmləşməsindən sonra Tehran Azərbaycandan əl çəkmək istəmir. Həmçinin inqilabçı qüvvələrdən qorxduğu üçün onları dağıdaraq pərakəndə yaşamaqlarını istəyir. Səbahi sözünün davamında deyir: “qardaşım “Səməd” illər əvvəl Tehrana gedib və “Nəsr” teatrında rəhbərlik edirdi. Mən də doğma şəhərimi tərk edib 1950-ci ildə ailəmlə birlikdə Tehrana getməli oldum. Tehranda bir çox problemlə qarşılaşdıq, Bir tərəfdən evsiz-eşiksizlik və digər tərəfdən isə maddi sızıntılıq nəticədə uşaqlar məktəbə getmək əvəzinə yenidən işləməyə məcbur oldular. və şəirdlik alındı, Ancaq ölkədə siyasi durum gələcəyə nikbin baxacağımız bir şəkildə inkişaf edirdi. Azərbaycanlılar Tehranda ictimai və ədəbi fəaliyyətlərini bərpa etdilər. Şəhabad küçəsində böyük bir Azərbaycan cəmiyyəti yarandı. Qısa bir zaman kəsiyində bu cəmiyyətin nəzdində yazıçılar və şairlər Dərnəyi quruldu. Beləliklə də rejimin türk dilini kökündən məhv etmək cəhdinin qarşısı alındı. İndi isə Tehranda “Bəşire Ayəndə” qəzeti “Hossein Qureyshi” tərəfindən nəşr edilirdi. Onunla yanaşı “Chilingər” jurnalı türk dilində hekayələr və şeirlər nəşr edirdi. Eyni zamanda azərbaycanlı sənətkarlar, “Ferdovsi” Teatrında rejimi çox narahat edən, Azərbaycanın təşkilatçılıq qabiliyyətini göstərən “Arşın Mal Alan” musiqili teatrını səhnələşdirdilər. Bu fəaliyyətinin qarşısını almaq üçün fürsət gözləyən rejim “28 Mordad” çevrilişindən bir neçə ay əvvəl bu fürsətdən istifadə edərək öz qəddar məmurlarıni dərnəyə, oradakı qəzet-jurnal ofislərini dağıtmaq üçün göndərdi və dövlət çevrilişi vasitəsi ilə bütün bu fəaliyyətlərə son qoydu. Yenidən ictimaiyyətdə məyusluq hökm sürdü. qrup iclasları fərdi və gizli görüşlərə çevrildi. Səbahi yazır: “Bu illər ərzində Azərbaycan prospektində “Olmpiya” kinoteatrının yanında “Səba” fotoqrafiya studiyasını açdım. Yenə də
hər iki-üç aydan bir Təhlükəsizlik Təşkilatından dəvət alırdım.. Bu illərdə Saher, Məhzun, Əziz Mühseni, Səhənd kimi Azərbaycan şair və yazıçılarının mənimlə tamasda idilər. Bu illərdə mən fotoqrafiya işindən yorulub və artıq onu davam etdirə bilməyəcəyimi başa düşdüm. 1968-ci ildə Sovet İttifaqı ilə İran arasında (Dəmirəritmə”(Zobahənin) zavodunun yaradılmasına dair müqavilə üçün tələb olunan bir rus tərcüməçinin işə cəlb olunması barədə bir reklam gördüm. Mən rus dilini mükəmməl bilirdim. Ona görə də ora müraciət edərək sınaq imtahanından sonra işə qəbul oldum. Lakin iş əmri almadan əvvəl yenidən təhlükəsizlik orqanı tərəfindən oranın mərkəzinə bir neçə dəfə çağrıldım. Nəhayət təhlükəsizlik məmurları “Orada işləməyinizə icazə verilməyəcək”- dedilər.
Həyatımın sonuna qədər təqib və nəzarət altında olduğumu bir daha başa düşdüm, Bir müddət sonra hadisələrdən- işimin qarşısının alınmasından xəbərdar olan və əməkdaşlıq etməyi təklif edən “Bulud Qaraçörlü”nu(Səhənd) gördüm. O, dedi: “Trikotaj məhsullarını ixrac etmək üçün Sovet dövləti ilə bir müqavilə imzalayaraq “Trikotaj Sentral” şirkətini təsis etmişik. Sizin əməkdaşlığınıza ehtiyacımız var. Mən də qəbul etdim və bu da sonuncu fəaliyyətim idi. (Bu hissə Səbahinin Ötən Günlərim adlı xatirə kitabından götürülmüşdür.)
Azərbaycanın , oradakı sosial, siyasi və iqtisadi qüvvələrin sürgünə göndərilməsi Tehran rejimin əsas hədəflərindən birinə çevrilmişdi. Bəziləri istəmədən deportasiya, kimisi də hərbi və təhlükəsizlik qüvvələri tərəfindən təqib olunacağından qorxaraq başqa bölgələrə mühacirət edirdilər. Onların əksəriyyəti Tehrana getdilər, bu illərdə Tehranın kənarları sürətlə genişlənməkdə idi. Yaftabad, Türkabad, Müftabad, Yaxşıbad, daha sonra Naziabad və Cavadiyə kimi məntəqələr azərbaycanlı mühacirlərlə dolu idi. Əlbəttə bəziləri də öz sərmayələri ilə köçdülər. Sonrakı illərdə onlar kapitallarını artıraraq ticarət və sənaye sahəsində əhəmiyyətli mövqe qazandılar. Bu arada bəziləri özlərini rejimin qəddar məmurlarının zülmündən qorumaq üçün gizlicə Tehrana gəldilər. Bəziləri müxtəlif sahələrdə bacarıqlarını göstərən istedadlı gənclər idilər. O cümlədən Azərbaycan Milli hökuməti dövründə Təbrizdə yaşayan “Dərdəriyan” ailəsinin istedadlı övladlarını qeyd etmək olar.. Bu ailənin iki gəncin adı “Vigen” və “Karo” idi. Vigen Musiqi, gitara, Karo isə ədəbiyyat və şeirlə məşğul idilər. 1945-1946-cı illərdə- Azərbaycan Milli Hökuməti dövründə 17 və 18 yaşlı iki gənc (Vigen və Karo) gündəlik ehtiyaclarını ödəmək üçün kitab və gitaralardan imtina etmiş, könüllü olaraq
hərbi xidmətə gedərək “Fadai” dəstələrinə qoşulmuşdular. Milli hökumət devrildikdən sonra bu iki gənc canlarını qurtarmaq üçün Tehrana mühacirət etdilər. (Dr. Əli Behzadi, Oxşar Xatirələr, Cild 2, s 43, Ətai nəşriyyatı, Tehran 1390)
İllər sonra Vigen ən yaradıcı musiqiçilərdən biri oldu. (gitara çalmaqda və xanəndəlikdə). O. caz musiqisində yeni bir üslub yaratdı. Karo isə ölkənin görkəmli şairlərdən biri oldu və ömrünün sonuna qədər zəhmətkeşlər və yoxsullardan müdafiə edərək azadlıq mövzusuna dair şeirlər yazdı. Vigen Karonun bəzi şeirlərinə mahnılar bəstələyərək cazibədar və xoş səsi ilə o mahnıları ifa etdi. Hər iki qardaş xalqın ziyalı və sənətkarları arasında xüsusi mövqeyə sahib oldular.
Ardı var