QHT az-təminatlı aillərə tibbi psixoloji rebilitasiya dəstəyi verdi.

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəy ilə, “Aztəminatlı Əlil, Şəhid və Müharibə Veteranları Ailələrinə Kömək” İctimai Birliyi, “Aztəminatlı əlil, şəhid və müharibə veteranları ailələrinə sosial yardımların təşkili” layihəsi çərçivəsində, COVİD 19 Koronavirus Pandemiya ilə əlaqədar tətbiq olunmuş karantin dövründə, az-təminatlı aillərin, müharibə əlillərinin, tənha ahıl vətəndaşların tibbi-sosial problemlərinin həllinə hüquqi köməklik göstərmək məqsədi ilə 11, 12, 13, 14, 15 16 noyabr tarixlərində psixoloji-rebilitasiya dəstək xidməti günləri təşkil edilərək onların pisixoloji-fiziki problemlərinin minimuma çatdırılmasına dəstək verildi.

Layhənin həkim psixoloqu İbrahim Əsədli həyata keçirilən layihənin məqsəd və məramı haqqında məlumat verərək, bildirdi ki, layihənin əsas məqsədi, Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin Koronovirus COVID-19 infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə, Azərbaycan xalqına etdiyi, “Biz birlikdə güclüyük” müraciətinə dəstək verərək, QAYDALARA ƏMƏL ET, ÖZÜNÜ, YAXINLARINI VƏ CƏMİYYƏTİ QORU! şuaraı ilə, Bakı şəhərində sosial yardıma ehtiyacı olan imkansız az-təminatlı aillərə, müharibə əlillərinə, veteranlara, tənha ahıl vətəndaşlara ərzaq və tibbi yardımları ilə köməklik göstərmək, ictimai maarifləndirmə təbliğat və təşviqat kampaniyası aparmaqdır.

Ölkəmizdə COVID-19 infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə, Nazirlər Kabineti yanında Operativ Qərargah tətbiq etdiyi karantin rejimi dövründə onlarla müharibə əlilləri, tənha ahıl insanlar pisxoloji gərginkik keçirərək səhhətləri ağırlaşmışdır.

COVID-19 Koronavirus Pandemiyasına yoluxma hallarının son vaxtlar kəskin artmasını nəzərə alaraq, Nazirlər Kabineti yanında Operativ Qərargah karantin rejiminin tətbiq etdiyi qərarlarlara və Dövlətimizin bu sahədə həyata keçirdiyi bütün tədbirlərə adekvat ictimai dəstəyin təmin edilməsi bizim hər birimizin vətəndaş borcudur.

Az-təminatlı aillərin, müharibə əlillərinin, veteranlarən, tənha ahıl insanların çoxusu onlara dövlət tərəfindən qanunla nəzərdə tutulmuş tibbi sığorta və tibbi-reabilitasiyaları imtiyazları haqqında hüquqlarını bilmədikləri üçün, onlar xəstəxanalarda vaxtı-vaxtında müalicə olunmalarında problemlərlə üzləşirlər. Səhətləri ağır olan müharibə əlilləri xəstəxanalara yerləşirdikdən sonra, onların müalicələrinə lazım olan dərmanları imkansızlığ üzündən ala bilmədiyləri üçün, onlar müalicələrini yarımçıq saxlayaraq xəsdəxanadan evlərinə buraxırıllar. Belə əlilərin çoxusu tam müalicə almmadığları üçün evlərinə buraxıldıqdan sonra vəfat etmişdir.

Karantin dövründə, müharibə əlilləri arasında pisixoloji gərginliyi artmış 50 nəfər, Əfqanstan, Qarabağ müharibəsi və ümumi əlil vətəndaşlarımız onlarda yaranmış tibbi-psixoloği problemlərin həllinə köməklik üçün layihəyə müraçiət etmişdirlər. Bizə müraciət etmiş az-təminatlı aillər, müharibə əlilləri, tənha ahıl vətəndaşlar arasında pisixoloji gərginliyi artmış müharibə əlilillərinə, ümumi əlillərə psixoloji-rebilitasiya xidməti günləri təkil edilərək, onların pisixoloji-fiziki problemlərinin minimuma çatdırılmasına lazım olan köməkliyi göstərmişik.

Tədbir iştirakçılarından müharibə əlilləri, veteranları çıxış edərək, COVİD 19 Koronavirus Pandemiya ilə əlaqədar tətbiq olunmuş karantin dövründə aztəminatlı ailləri və müharibə əllillərini

düşünərək onlara tibbi və sosial kömək etmək məqsədi ilə, “Aztəminatlı Əlil, Şəhid və Müharibə Veteranları Ailələrinə Kömək” İctimai Birliyinin tərəfindən həyata keçirilən, “Aztəminatlı əlil, şəhid və müharibə veteranları ailələrinə sosial yardımların təşkili” layihəsini müsbət qiymətləndirərək, layihənin icrasına görə, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri Hökümət Təşklarına Dövlət Dəstəyi Şurasına və “Aztəminatlı Əlil, Şəhid və Müharibə Veteranları Ailələrinə Kömək” İctimai Birliyinin kolektivinə öz təşəkkürlərini bildirdilər.

“Aztəminatlı Əlil, Şəhid və Müharibə Veteranları Ailələrinə Kömək”

İctimai Birliyinin Mətbuat Xidməti: