Əkrəm Bəydəmirli: “Dağlıq Qarabağla bağlı informasiyaların dünyaya çatdırılması işləri kampaniya xarakterli deyil davamlı aparılmalıdır ”

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə Sosial Rifah və Tədqiqatlar İctimai Birliyi “Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında elektron resursların əhatə dairəsinin genişlənməsi” layihəsinin icrasını davam etdirir

Sosial Rifah və Tədqiqatlar İctimai Birliyinin sədri, layihə rəhbəri Əkrəm Bəydəmirlinin verdiyi məlumata görə, layihə çərçivəsində XX əsr Azərbaycanın intellektual mülkiyyətinə dəyən zərərin öyrənilməsi sahəsində elmi tədqiqatları yaxın zamanda başa çatdıracayıq.

Bundan əlavə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə yaradılan, 5 dildə fəaliyyət göstərən, zəngin virtual bazası formalaşan www.fact-info.az saytınının əhatə dairəsinin genişlənməsi və bu saytın tərkibində ingilis dilində “Virtual Qarabağ” elektron bazasının yaradılması nəzərdə tutulmuşdu. Nəhayət saytın tərkibində ingilis dilində belə baza yaradılıb. Hazırda həmin resursa ingilis dilində Qarabağla bağlı yazıların yerləşdirilməsi prosesi davam edir. Biz düşünürük ki, ermənilərin Azərbaycan xalqına qarşı törətdiyi soyqırımlarla bağlı informasiyaların dünyaya çatdırılması işləri kampaniya xarakterli deyil davamlı aparılmalıdır. Bu işlər elmi və məntiqi əsaslarla tədqiqatlar hər zaman gerçəkləşməlidir.Təbliğatın çox incə metodologiyaları var. Dünyanın başa düşə biləcəyi formada və dildə real faktları çox fərqli formada ortalığa qoymaqla beynəlxalq ictimaiyyəti yetərincə məlumatlandırmaq mümkündür.