Humanist qərarlar verməyin vaxtıdır

Əhalinin ödəyə bilmədiyi kredit borcları ya silinməli ya da borclular öz ixtisaslarına uyğun işlə təmin olunmaqla məcburi əməyə cəlb olunaraq yüksək əmək haqqı ilə təmin olunmalıdırlar ki, borcdan yaxa qurtarsınlar.

Bir il əvvəl Prezident qərar verdi ki, sələmcı banklardan 10 min manata qədər borcu olan vətəndaşların dollarla olan faiz dərəcələri silinsin və bir il güzəşt edilsin. Ayda iki manat ödəyib birtəhər başımızı dolandırırdıq. Bu. gün Unibankdan zəng edib xəbərdarlıq etdilər ki, bir il möhlət başa çatdı. Bu gündən hər ay 60 manat borcunu ödəməlisən.3 min manat pulu gərək ödəyəm ki, Yezidlərin əlindən qurtarıb asudə yaşayım. Niyə yezit deyirəm? Dolların məzənnəsi qalxdıqdan sonra kreditini bir neçə ay ödəyə bilmədim.Hansıki dollar qalmamışdı, hər ay ödəyirdim. 3 min dollar borcumu şişirdib 9998 manata qədər qsldırmisdılar .
Unibank məni üç il əvvəl məhkəməyə vermişdi . Məhkəmə icracılarına 700 manat pul verdim. Çünki, dedilər ki, işin düşdü məhkəməyə, gərək borc pulunun 7 faizi onlarındır, Məhkəmə xərcin də ödədim. Görün bu dövlətin başbilənləri, qanunbazları biz işsiz insanlara necə zülm etd?
Yəqin ki bir azdan Bank of Bakıdan da zəng gələr ki, min manat borcunuzu da ödəyin.
60 yazımda isə hansı idarəyə baş vurdumsa , iş tapa bilmədim.
Bir yerdə fəhləliyə 140 manat pul təklif etdilər. İki ali təhsil, bir hərbi məktəb qurtarasan sənə doğulduğum diyarda iş tapılmayan. Ağdamda işğal olunub. Yoxsa elə heyətimizin məhsuluyla dolanardiq.Bakıda göy göyərtini də pulla alırıq. Torpaq almaq üçün gərək daydayın ola. ya da erməni və ya Ruslan qohum olasan ki, səni də vəzifəyə yaxın buraxsınlar.
İkinci qrup əlil olaraq bir il ərzində pensiyamiz çox düzü dərəcədə misalla artırıldığı halda nazirlər,iri buynuzlu məmurlar ölkəni talan edərək xarici ölkələrdə qəsrlərə malikanələrə , iri şirkətlərə sahib oldular.
Xalqa bu qədər qənim kəsilmək olarmı?
Çox dillənəni isə şərləyib basırlar həbsxanaya.
Prezidentə isə yan görməsində quyruq bulayanlar yalan məlumatlar vermişlər.Artiq su sənəti suda sınar deyiblər. Sular durulmaq üzrədir
35 ildən ćox əmək stajı olan mənim kimi əlil insanlar aldıqları 250 manat pensiyanı neçə yerə bölsünlər? Kommunal xərclərə, dava dərmana, gündəlik dolanışığına ,geyiminə, istirahətinə xərcləsin, yoxsa tələbə uşaqlarına kömək etsin? Millət vəkilləri öz maaşlarını artıranda biz əlilləri də nəzərə almalıydırlar.
Pandemiya dövründə Nərimanov rayonundan seçilmiş millət vəkilimiz bir neçə dəfə biz seçicilərini ərzaqla təmin etdi.Sağ olsun.
Bəs dövlət nə etdi? Bu haqda gərək ölkə rəhbərləri fikirləşə və xalqa koməkliyini əsirgəməyəydi.Hələ də heç deyil. Humanist qərarlar verməyin vaxtıdır.
Rauf Hamısıahverdiyev
İlyasoğlu ,
2-ci qrup əlil,
şair- publisist