QHT sədri: “Qanun qarşısında hamı bərabərdir”

Nazirlər Kabineti yanında Operativ Qərərğah yoluxma hallarının azaldılması və təhlükəsizliyi təmin etmək məqsədilə yumşaldıcı tədbirlərin  tətbiqi ilə yanaşı TOY və YAS mərasimlərinin keçirilməsinə qadağanı qüvvədə saxlamışdır.Bu aylar ərzində vətəndaşlar toylarını təxirə salıb, əzizlərinin yas mərasimində iştirak edə bilməmişlər. İnsanlar qanunların aliliyini dərk edir, Möhtərəm Prezidentin mövqeyinə hörmətlə yanaşmışlar.
Lakin son ğünlər bizə ğələn çoxsaylı müraciətlərdə  məmurların ,xüsusən qanunların müdafiəsində durmalı olan məmurların toy mərasimində iştirakı və karantin qaydalarına riayət etməməsi ,bununla belə cəzalandırılmaması ,məsuliyyətə cəlb edilməməsi hiddət doğururdu.  Bu ğün isə onların cəzalandırılması bir daha sübut etdi ki,qanun qarşısında hamı bərabərdir. Möhtərəm Prezidentin andiçmə mərasimində söylədiyi kimi, Cənab İlham Əliyev hər bir azərbaycanlının  PREZİDENTİDİR.
Bahar Qasımova
 AQRC İ.B.sədri