“Cəmiyyətin və vətəndаş münаsibətlərinin inkişаfı” İctimаi Birliyinin “Family Health International” (FHI 360) (USAİD) təşkilatı ilə 10.07.2020-ci ildə tarixdə bağlanmış müqaviləyə uyğun olaraq “Dövlət xidmətlərinin göstərilməsində şəffaflığın artırılması və korrupsiya risklərinin aradan qaldırılması” layihəsi çərçivəsində tədbirlərə start verilmişdir. “Dövlət xidmətlərinin göstərilməsində şəffaflığın artırılması və korrupsiya risklərinin aradan qaldırılması” adlı təşəbbüs “Empowering Civil Society Organizations for Transparency” (ESCOFT) lahiyəsi çərçivəsində olan fəaliyyətdir.Təşəbbüsün məqsədi Ədliyyə Nazirliyinin vətəndaşlara, biznesə xidmətlərin təqdim edilməsində zəifliklər və tərəqqini dəyərləndirmək, bütün maraqlı tərəfləri müstəqil ekspert qiymətləndirilməsiylə təmin etmək, şəffaflığın artırılması, korrupsiya risklərinin azaldılmasına nail olmaqdır. Layihə çərçivəsində ƏN-nin qeydiyyatla bağlı (Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatına dair təkrar şəhadətnamələrin və arayışların verilməsi, nigahların, adın, ata adının və soyadın dəyişdirilməsinin qeydə alınması, doğumun qeydə alınması və s. ) xidmətlərin (o cümlədən elektron xidmtələrin) göstətilməsi, Nazirliyə elektron müraciətlərin edilməsi və Penitesiar Xidmətdə vəziyyət, məhkumların saxlanılması, onların yaxınları ilə görüşlər və s. bu kimi istiqamətlərdə ictimai nəzarətin həyata keçirlməsi, real vəziyyətin öyrənilməsi üçün bir sıra tədbirlər nəzərdə tutulub.
Layihənin sonunda hesabat hazırlanacaq müvafiq strukturlara və ictimaiyyətə təqdim olunacaq.
Əvvəlki