Azərbaycanda fəaliyyət göstərən qeyri-hökümət təşkilatlarının qadın rəhbərlərinin müraciəti

BMT-nin Baş Katibi cənab Antoniu Quterreşə
ATƏT-in fəaliyyətdə olan sədri cənab Edi Ramaya
ATƏT PA-nın prezidenti cənab Georgi Sereteliyə
Avropa İttifaqının Prezidenti cənab Şarl Mişelə
Avropa Şurasının Baş Katibi xanım Mariya Peyçinoviç-Buriçə
ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrinə:
ABŞ prezidenti cənab Donald Trampa
Rusiya Federasiyasının prezidenti cənab Vladimir Putinə
Fransa Respublikasının prezidenti cənab Emanuel Makrona
Azərbaycan Qadın Təşkilatlarının

MÜRACİƏTİ
17 iyul 2020-ci il
Hörmətli Xanımlar və Cənablar!
2020-ci il iyul ayının 12-də dövlət sərhədində yerləşən Tovuz rayonunda
Azərbaycanın hərbi məntəqəsi Ermənistan silahlı qüvvələri tərəfindən güclü
artilleriya atəşinə tutulmuş və Azərbaycan növbəti dəfə Ermənistanın təcavüzünə
məruz qalmışdır. Ermənistanın bu təcavüzü 6 gündür ki, davam edir. Bu, rəsmi
İrəvanın Ermənistan-Azərbaycan münaqişəsinin danışıqlar yolu ilə həllində maraqlı
olmadığının və Covid 19 pandemiyası dövründə BMT Baş katibinin qlobal atəşkəs
rejiminə əməl olunması haqqında çağırışına əhəmiyyət vermədiyinin əyani
sübutudur.
30 ildən çoxdur ki, Ermənistan Azərbaycanın Dağlıq Qarabağ bölgəsini və ona
bitişik 7 rayonunu qanunsuz olaraq işğal altında saxlayır. Orada yaşayan bütün
azərbaycanlılar etnik təmizləməyə məruz qalmış və öz yaşadıqları yerlərdən zorla
çıxarılmışlar. İşğalçı qüvvələrin ərazimizdən dərhal və tam olaraq çıxarılmasını
tələb edən BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı Qətnamələri
indiyə kimi yerinə yetirilmir. Münaqişənin sülh və danışıqlar yolu ilə həlli
istiqamətində Azərbaycanın səyləri və xoş niyyəti heç bir nəticə vermir,
Ermənistan hər vəchlə danışıqları uzatmağa, formatını dəyişməyə və status kvonu
olduğu kimi saxlamağa çalışır. İşğalçı ölkənin qanunsuz hərəkətlərinə, sizin təmsil
etdiyiniz təşkilatlar, xüsusilə ATƏT-in Minsk Qrupunun həmsədr ölkələri olan ABŞ,
Fransa və Rusiya tərəfindən adekvat qiymət verilmədiyindən cəzasızlıq mühiti
yaranır və bu da Ermənistanı daha çox təxribatlar törətməyə, beynəlxalq hüquq
norma və prinsiplərini davamlı olaraq pozmağa cəsarətləndirir.
Azərbaycanın Tovuz rayonunda olan hərbi məntəqələrinə Ermənistan tərəfindən
edilən hücum bu cəzasızlığın nəticəsidir. Hətta işğalçı ölkə təkcə hərbi
məntəqələrə hücumla kifayətlənmir, dinc əhalinin sıx yaşadığı kəndlərimizə
artilleriya və ağır çaplı silahlardan atəş açır, 76 yaşlı Əzizov Əziz İzzət oğlunu
yaşadığı evin içində qətlə yetirir və mülki şəxslərin əmlaklarına ciddi ziyan vurur.
Biz, Azərbaycanda fəaliyyət göstərən qeyri-hökümət təşkilatlarının qadın
rəhbərləri olaraq Sizlərə müraciət edir, Ermənistanın törətdiyi hərbi təxribatlara
adekvat qiymət verməyə və ölkəmizə qarşı törətdiyi təcavüz aktına və zor
tətbiqinə görə işğalçı ölkənin cəzalanması üçün beynəlxalq hüquq normaları
çərçivəsində təsirli tədbirlər görməyə çağırırıq.
Hörmətlə,
1. Bahar Qasımova “Azərbaycan Qadınları Respublika Cəmiyyəti” ictimai
birliyinin sədri
2. Novella Cəfərova “D.Əliyeva adına Azərbaycan Qadınlarının
Hüquqlarının Müdafiə Cəmiyyəti” ictimai birliyinin
sədri
3. Səadət Bənənyarlı Beynəlxalq İnsan Hüquqları Cəmiyyəti Azərbaycan
Milli Bölməsi ictimai birliyinin sədri
4. Səltənət Qocamanlı “İnsan Hüquqları və Qanunçuluğun Müdafiəsi”
ictimai birliyinin sədri
5. Mirvari Qəhrəmanova Neftçilərin Hüqularını Müdafiə Təşkilatı ictimai
birliyinin sədri
6. Dilarə Muxtarova Nağıyeva “Milli Dəyərlərin Qorunması” İ.B. sədri
7. Tənzilə Rüstəmxanlı Azəri Türk Qadınlar ictimai birliyinin sədri
8. Esmira Orucova “Həsrət Yolu” Əsir və Girovlara Kömək ictimai
birliyinin sədri
9. Növrəstə Yusifova “Qarabağ Əlilləri və Veteranları” ictimai birliyinin
sədri
10. İradə Yaqubova “ELS – Müstəqil Araşdırmalar Mərkəzi” ictimai
birliyinin sədri
11. Mehriban Zeynalova “Təmiz Dünya” Qadınlara Yardım ictimai birliyinin
sədri
12. Bəyimxanım Verdiyeva “Xan Şuşinski” Fondunun sədri
13. Tamam Cəfərova “Universitet Təhsilli Qadınlar Cəmiyyəti” ictimai
birliyinin sədri
14. Rəna Mirzəzadə Gender və İnsan Hüququ Araşdırma ictimai birliyinin
üzvü
15. Sevda Tahirli “Mirzə Ələkbər Sabir” fondunun sədri
16. Gülayə Səfərova “AiləDünyası” Ailələrə Hüquqi Yardım ictimai
birliyinin sədri
17. Mətanət Cəfərova “Əsgər Ailələrinə Dəstək” ictimai birliyinin sədri
18. Vüsalə Hüseynli “İslahatçı qadınlar və innovasiyalar” ictimai birliyinin
sədri
19. Qəmzə Yusubova Ekoloji Maarifçilik və Monitorinq ictimai birliyinin
sədri
20. Mahirə Əmirhüseynova “XXI Əsrin Qadınları” ictimai birliyinin sədri
21. Roza Əliqızı “Əsgər Ailəsi Cəmiyyəti” Vətənpərvərliyin Təbliği
ictimai birliyinin sədri
22. Rəhilə Teymurova “Şahdağ” xeyriyyə ictimai birliyinin sədri
23. Mariyə Hüseynova “Azərbaycan-Bolqarıstan Dostluğunun İnkişafına
Yardım” ictimai birliyinin sədri
24. Tahirə Məmmədova “Azərbaycan-İraq Mədəni Əlaqələr” ictimai birliyinin
sədri
25. Səriyyə Cəfərova Erməni Təcavüzünün Tanıdılması ictimai birliyinin
sədri
26. Büllur Məmmədova “Mədəniyyətin və Milli Ənənələrin Təbliği” ictimai
birliyinin sədri
27. Radə Abbas Müharibə Veteranı Qadınlarına Sosial Yardım ictimai
birliyinin sədri
28. Xatirə Vəliyeva “Xankəndi” məcburi köçkünlərə dəstək ictimai
birliyinin sədri
29. Nüşabə Məmmədova “Beynəlxalq Dialoq və İnkişaf Alyansı” ictimai
birliyinin sədri
30. Aynur Quliyeva “Qadın Konsensus Mərkəzi” ictimai birliyinin sədri
31. Şəlalə Həsənova “İctimaiyyətlə Əlaqələrin İnkişafına Kömək” ictimai
birliyinin sədri
32. Adilə Nəzərova Kitab evi ictimai birliyinin sədri
33. Şəhla Nağıyeva “Sönməz Məşəl” Mədəni Əlaqələr ictimai birliyinin
sədri
34. Kəmalə Məmmədli “Gənclər Azad Sahibkarlıq Fəaliyyətində” ictimai
birliyinin sədri
35. Lalə Mehdiyeva “Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası
Təşkilatı” ictimai birliyinin sədri
36. Könül Ağayeva Rəqəmsal İnkişaf ictimai birliyinin sədri
37. Sevinc Kərimova “Əks-səda” Beynəlxalq Jurnalist Tədqiqatları Mərkəzi
ictimai birliyinin sədri
38. Ruhiyə Məmmədova Ailələrin inkişafı üzrə maarifləndirmə ictimai birliyinin
sədri
39. Rahilə Mehtiyeva “Sosial-İqtisadi və Ekoloji İnkişaf” ictimai birliyinin
sədri
40. Xanım Əhmədzadə “Hüquqşünas Qadınlar Assosiasiyası” ictimai birliyinin
sədri
41. Sevil Hamısıahverdiyeva “Qadın Probelmlərinin Tədqiqatları Mərkəzi” ictimai
birliyinin sədri
42. Elnarə Məhərrəmova “Regional Sosial-İqtisadi İnkişaf üzrə Maarifləndirmə”
ictimai birliyinin sədri
43. İlahə İsrafilova Mədəni Əlaqələrin İnkişafına Dəstək ictimai birliyinin
sədri
44. Esmira Şükürova Mirzə İbrahimov adına Kitab Fondunun sədri
45. İradə Rizazadə “Vətəndaşların Sosial Rifahı Naminə” ictimai birliyinin
sədri
46. Zenfira Ağayeva Gəncə Sahibkar Qadınlar ictimai birliyinin sədri
47. Laləndər Novruzova “Mədəniyyətlərin Təbliği və Xalq Yaradıcılığına
Dəstək” ictimai birliyinin sədri
48. Afaq Hüseynova “Yaradıcı Qadınlar” ictimai birliyinin sədri
49. Qəmər Bağırova Cəfər Cabbarlı adına mədəniyyət, elm və təhsilinin
kişafına yardım ictimai birliyinin sədri
50. İndira Şəmsivari “Tərəqqi” sosial-iqtisadi araşdırmala…birliyinin sədri
51. Xoşbəxt Seidova Gənclərin “Tənhalara dayaq” ictimai birliyinin sədri
52. Solmaz Əliyeva Gənc mühasiblər ictimai birliyinin sədri
53. Ziba Nəbiyeva “İnkişafa Doğru Qadın Təşəbbüsü” ictimai birliyinin
sədri
54. Bəsti Nəsibova “Gələcəyə Baxış” Avropaya İnteqrasiya ictimai
birliyinin sədri
55. Mehriban Əliyeva Regional Qadın Təşəbbüsləri ictimai birliyinin sədri
56. Nailə İsmayılova “YeniHəyat” Humanitar və Sosial Dayaq ictimai
birliyinin sədri
57. Samirə Mustafayeva “AzadHəmfikirlər” Gənclərin Maarifləndirilməsi
ictimai birliyinin sədri
58. Lyudmila Xəlilova Qadınlar Bələdiyyələrin İnkişafı Uğrunda ictimai
birliyinin sədri
59. Ülkər Abdullayeva “Qadın Liderliyi Uğrunda” ictimai birliyinin sədri
60. Sevil Yüzbaşeva “EkoAləm”ictimai birliyinin sədri
61. Şəfəq Qədirli “Cəmiyyətin İnkişafında Vətəndaş Məsuliyyəti”
ictimai birliyinin sədri
62. Mehriban Abdullayeva “Demokratik Cəmiyyət və Qadın Hüquqlarının
Müdafiəsi” ictimai birliyinin sədri
63. Tahirə Nağıyeva “Loğman” Qaçqınlara Dayaq Mərkəzi ictimai birliyinin
sədri
64. Lamiyə Kərimova Psixososial Reabilitasiya və İnkişaf ictimai birliyinin
sədri
65. Gülnarə Hüseynova “Hemofiliyalı Xəstələr” ictimai birliyinin sədri
66. Səbinə Kərimova Əlilliyi olan şəxslərin Sosial Müdafiəsinə və
İnteqrasiyasına Dəstək ictimai birliyinin sədri
67. İlahə Əliyeva “Ziyalı Ocağı” ictimai birliyinin sədri
68. Anfisa Şeydayeva İctimayyətlə əlaqələrinin kişafı ictimai birliyinin sədri
69. Zenfira Mustafayeva “Qadın Təşəbbüsü və Sosial Problemlərin Həllinə
Yardım” ictimai birliyinin sədri
70. Aynur Məmmədova “Əlilliyi olan uşaq və gənclərin idmana inteqrasiyası”
ictimai birliyinin sədri
71. Validə Abbasova “Validə” valideynlər assosiasiyası ictimai birliyinin
sədri
72. Dünyaxanım Əliyeva “Dünya” Ana və Uşaqlar ictimai birliyinin sədri
73. Himayət İsmayılova “Himayədar ” humanitar tərəqqi ictimai birliyinin
sədri
74. Abhəyat Abdullayeva “Qadınlar Gələcək Uğrunda” ictimai birliyinin sədri
75. Ruhiyyə Aslanova Azərbaycan Maarifçi Gənclər Təşkilatı ictimai
birliyinin sədri
76. Gülayə Rzayeva “Qayğı və Himayə” Xeyriyyə Fondunun sədri
77. Könül Əfəndiyeva “Ədalət və İnkişaf Naminə” Uşaq və Gənclərə Dəstək
ictimai birliyinin sədri
78. Firuzə Əsədullayeva Jurnalistlər Ekstremal Şəraitdə” ictimai birliyinin sədri
79. Kəmalə Ağazadə Azərbaycan Uşaqları ictimai birliyinin sədri
80. Nurlanə Mustafayeva Humanitar Araşdırmalar ictimai birliyinin sədri
81. Ruhiyyə Məmmədova “Ahıllara və tənhalara dəstək” ictimai birliyinin sədri
82. Fatimə Hacıbəyli “Vəfa” sosial problemlərin həllinə dəstək ictimai
birliyinin sədri
83. Gülnarə Səlimova “GülSam” Əlillərin Reabilitasiyası ictimai birliyinin
sədri
84. Azadə Məmmədova Bacarıqlı Əllər Dünyası ictimai birliyinin sədri
85. Məhluqə Rəhimova Əlil Qadınlar Cəmiyyəti ictimai birliyinin sədri
86. İradə Nəsirova “Mərhəmət” kimsəsizlərə yardım ictimai birliyinin
sədri
87. Kəmalə Muradlı Müasir Azərbaycan Qadını ictimai birliyinin sədri
88. Tünzalə Cavadova Qadın və Gənc Ailələrin Sosial İnkişafı ictimai
bir…birliyinin sədri
89. Zülfiyyə Mustafayeva “Hüquqi İnkişafvə Demokratiya” Vətəndaş
Cəmiyyətinin İnkişafına Yardım ictimai birliyinin sədri
90. Zülfiyyə Nuriyeva Tərtər rayonunun sosial, iqtisadi və kənd
təsərrüfatının inkişafına dəstək” ictimai birliyinin
sədri
91. Cəmilə Abdulova “Eşitmə və nitq məhdudiyyətli şəxslərə sosial yardım”
ictimai birliyinin sədri
92. Kübra Babayeva Azərbaycan Maarifçi Xeyirxah Xanımlar ictimai
birliyinin sədri
93. Xədicə Mikayılova Azərbaycan Əlillər Cəmiyyəti ictimai birliyinin sədri
94. Sevil Yusifova Jurnalist Qadınlar Assosiasiyası ictimai birliyinin sədri
95. Yeganə Sultanova Azərbaycan Diabet Liqası ictimai birliyinin sədri
96. Firuzə Babayeva “Əlillərin Beynəlxalq Əməkdaşlığı Uğrunda ” ictimai
birliyinin sədri
97. Lamiyə İsayeva “Kimsəsiz Uşaqların Sosial Müdafiəsi” ictimai
birliyinin sədri
98. Nəzakət Həsənova “Şəhid ailələrinə Maddi və Mənəvi Dəstək” ictimai
birliyinin sədri
99. Şərqiyə Dadaşova “Regional Gender Mərkəzi” ictimai birliyinin sədri
100. Məleykə Əlizadə “Gəncə Regional Qadın Mərkəzi” ictimai birliyinin
sədri