Azərbaycan tarixində unudulmaz bir gün, hafizələrdən silinməyən bir an…Qanlı Yanvar hadisəsindən 35 il keçsə də o anı kimsə unutmadı. Qorbaçovun verdiyi qərarla uşaq-böyük demədən qızıl ordu dinc, əli yalın insanlarımızın üzərinə Bakı küçələrinə zirehli texnika və atıcı silahlarla yürüdü.Yer –göy ağladı. Anaların fəryadı dağı –taşı inətdi.Xəzər də susdu,matəmə büründü.
70 il boyunca yeraltı və yerüstü sərvətimizə sahiplənən,özlərini bizə “böyük qardaş” kimi göstərən Sovet Ordusu vətənin oğul və qızlarını qanlarına qətlan etdiər.Aradan 35 il keçdi.Biz unutmadıq, heç bir zaman da unutmayacağıq!
Bu gün 20 Yanvar 2025- ci ildir. 35 il əvvəl 20 Yanvar 1990-cı il Azərbaycan tarixinə “Qanli Yanvar”olaraq daxil olmuştur.Mənim üçün unudulmaz bir gündür.O günü bu gün yaşıyırmış kimi xatırlıyıram. O gece Rus tanklarından,silahlardan açılan atəşə məruz qalmış günahsız insanlarımızın qətliam gecesi idi.Yer göy qan ağlayırdı.Ana bacıların fəryadı, göz yaşları insanın qanını dondururdu.Gənclər şəhidlərin qanını yerdə qoymamaq üçün durmadan intiqam andı içerdi. Yeni katliamlar kapıda idi. Ne hikmetse o gün sərt bir hava vardı.Ətraf karla kaplanmışdı.
Yanvarın 19-dan 20-nə keçən gece SSRİ Rəhbərliyinin əmri ilə 26.000 nəfərlik Sovet Ordusu Bakı və Sumqayit şəhərlərinə, eləcə də bir neçə rayonumuza yerləşdirilmişdi.Nəticədə 147 mülki şəxs qətlə yetirildi,744 nəfər isə ağır xəsarət aldı.( Xarici İşlər Nazirliyinin məlmatı)Bu günədək itkin düşənlərdən,əsir götürülənlərdən hər hansı bir xəbər alınmadı.
Hər kəsi düşündürən bir məsələ vardı. Rus ordusunu Azərbaycana kim dəvət etdi? Kim məmləkəti al qana buladı? Nədən oldu? Niyə oldu? Cavapsız qalan çox sual vardı. Nəyin bahasına olursa olsun baş verə biləcək kütləvi qırğının qarşısını vaxt itirmədən alınması idi. Yoxsa, qiyamətin sonu olmazdı.
O gün, yəni 20 Yanvar 1990- cı ildə, işdən çıxar çıxmaz Saat 16.00 da Mərkəzi Komitənin önünə gəldım. Baş verən hadisələrlə bağlı durmadan anonslar verilirdi. Şəhəri əli silahlı gənclər qoruyurdu.
“Diqqət! Diqqət!
Elmira Qafarovanı qorxudan bir şey vardı. O da onun Azərbaycan KP MK-nın bürosu və Sov.İKP MK-nin üzvü olması idi. Elmira Qafarovanən köməkçisi Balaş Abbaszadənin anlatdığına görə o zaman aparatda çalışan Nəcəfov adli biri hadisələrlə bağlı Elmira xanəmən evinə zəng edir və nəyin bahasına olursa olsun onun efirə çıxaraq Bəyanat verməsini bildirir. Əksi təqdirdə vəziyyət getdikcə ağırlaşa bilər .O İslam Rəfibəyli ilə birlikdə onu gətirmək üçün evinə getdilər.
Aparatın Qarşısında 50-60 qadın vardı.
O siralarda qatil Marşal Dmitri Yazovun Azərbaycan SSR Ali Sovetinin binasinda oturduğu anonsu verildi və qadınların ora gedilməsi təklif olundu.Bir ana olaraq evladlarının başına gətirilən oyunun hesabını soruşma zamanı gəlmişdi.
Axşama doğru idi. Ali Sovetin hər tərəfində əli silahlı rus əsgərləri ilə dolu idi. Bizdən qapiya doğru gəlməmiz, əksi təqdirdə atəş ediləcəyi xəbərdarlığı verildi. Amma “qurd ürəkli” qadınlarımız Yazovu görmədən oranı tərk etməyəcəyimizi bildirdikdən sonra ilk addım atıldı. Bir neçə dəqiqədən sonra onların sözçüsü Yazovun yalnız beş nəfəri qəbul edəcəyi xəbərini verdi. Qadınlar onun yanına yalnız ruscası çox yaxşı olan, tariximizi yaxşi bilən və tələblərimizi düzgün bir şəkildə çatdira biləcək birilərinin o görüşdə iştirak etməsi qərarına gəlindi və beləcə də aramızdan beş nəfər seçildi. Çox gözlədik. Həyacan artmışdı. Cəsarətli xanımlarımız Yazovla görüşdükləri zaman onlara verilən cavab üzücü idi. Onların ”Bu gərginliyin sonu fəlakətlə bitər, Yalnız bizim deyil, sizin də gənclər ölür” demələri üzərinə Yazov :“Belə halda , unutmayın ki, bir Rus əsgərinin yerinə on Azərbaycanlı gənci ölür” cavabını verməklə içlərində olan kin və nifrəti göstərmiş oldu..
Qadınlar binanın önündən çəkilmədilər.ı görmək istəyirdilər.Onlar Elmira Qafarovan Səs küy ətrafı bürüdü. Qorxu və həyacan getdikcə artırdı. Üzləri dönmüşlər hər an atəş aça bilərdilər Xalq.bu hadisənin əsl səbəbkarının Elmira Qafarova olduğunu bildirdilər. Görəsən bu hadisənin əsl səbəbkarı həqiqətən də Elmira xanım idi, yoxsa…
Tam o sırada Elmira xanım Qafarovanın maşını ( rəsmi maşın deyildi) binaya arxa qapidan yaxınlaşdı. Qadınlar onu tanıdı və həmən üzərinə getdilər. Nə oldusa elə an oldu. Onlar bir ağızdan “ Kim Rus Ordusunu Azərbaycana çağırmış? Kim imza atmış? Kim gənclərimizin ölümünə səbəb olmuş”” kimi suallarla ondan cavab istədilər..Gorumalar çox çətinliklə Elmira Gafarovanı içəri saldılar.Çox çətin anlardı.Onları sakitləşdirmək üçün əlimdən gələni etdim.Ayaq altında qalmışdım.Polis mənim həmən oradan uzaqlaşmamı istədi.Mən isə gedə bilməzdim.Balaş mənim orada yəni qapının önündə onu gözləməmi istəmişdi. Bir azdan gəldi və mənimlə bərabər beş nəfərin də içəri girməsini istədi. Beş nəfərlə bərabər Elmira xanım yanında oldum. Sualların ardı arası kəsilmirdi. O da səbirlə hadisələrə açıqlıq gətirməyə çalışdı., çarəsiz qaldığını və ev həpsində olduğunu, baş verənlərdən acı çəkdiyini dilə gətirdi.Buna baxmayaraq yarana biləcək hər cür təhlükəni də göz önünə alaraq evdən ayrıldığını və bir azdan radiodan xalqa müraciət edəcəyini bildirdi.
15-20 dəqiqəlik bir söhbətdən sonra hər kəs getdi. Balaş Abbaszadə Elmira xanımın mənim qalmamı istədiyini bildirdi.
O zamanlar mən Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin Xarici Verilişlər Bölümündə çalışırdım. Radio da qapalı olsa da xarici verilişlə az işçisiylə işinin başında idi. Bu baxımdan yaşanacaq bu tarıxı gecədə mənə böyük ehtiyac vardı. Elmira xanım Gafarovanı radioyaya götürmək üçün ön kəşfiyyata ehtiyac vardı. Başqa otaqda isə iki dildə oxunacaq Bəyanat hazırlanırdı.
Zaman itirmədən mən və Balaş həmən Televiziyaya yollandiq. Məqsədimiz “kəşfiyyat aparmaq”.Nəyin bahasına olursa olsun bu Bəyanat verilməli idi. Tərslikdən televiziya da çalışmırdı. 1990-cı il, Yanvar ayının 19-da,akşam saat 19.26-da Azərbaycan Radyo Televiziyasının Enerji Bloku Rusların Dövlət Təhlükəsizlik Təşkilatının “Alfa Qrupu” tərəfindən partlatılmışdı. Bu senaryo əslində Rusların Əfqanıstanda törətdikləri senaryonun eynisi idi. Bir neçə əsgər cəddindən keçdikdən sonra radio qovşağında yerləşən, başda polkovnik Pankov olmaqla bir əsgər qrupu ilə görüşdük və gəlişimizin səbəbini bildirdik. Palkovnik izin olmadığını desə də oxunacaq Bəyanatın mətni ilə tanış olmaq istədi. Biz rusça mətni gizli tutduq və zamanımız olmadığından rusca tərcümə edə bilmədiyimizi bildirdik. Balaş mətində baş verə biləcək qırğının qarşısını almaq üçün Azərbaycan Ali Sovetin Sədri Elmira Qafarovanın xalqa müraciəti yer aldığını dedi. Pankov telefona sarıldı və Dubinyaka Bəyanat haqqında məlumat verdi. (Onu da qeyd edim ki, polkovnik Pankov əslən Bakılı idi və Keşlədə yaşamışdır.)
Çox həyəcanlı idik. Ətrafımız əsgərlə qaynayırdı. Gözümüz polkovnikin üzündə idi. Telefonu qapatdiqdan sonra bizə dönərək ”vaxtınız azdır tez gəlin.” dedi. Hamısıah elə bir güç vermişti ki Ali Sovete necə çatdığımızı bilmədik. Bilirdik ki əyər onlar rusca mətni görsəydilər həyatda izin verməzdilər. Birbaşa efir belə istədik. Band olsaydı sansür mətni kəsib doğraya bilərdi.( mən bunu çox yaşadım).Dönüşümüzdə hamımız həyəcanlı idik. Elmira xanımın qoluna girmişdım. Əlləri əsirdi. Əsgərlərlə yavaş bir səslə görüşdükdən sonra efir odasına daxil olduq. Elmira xanim azərbaycan dilindəki mətnin Balaş tərəfindən oxunmasını istədiyi zaman Balaş “olmaz ,xalq sizin səsinizi eşitmək istəyir” cavabını verdi. O zaman mənə dönərək azərbaycan dilində çətinlik çəkəcəyini, ən yaxşısı əvvəlcə rusca oxumasını istədi. Mən də ona “məşq zamanı çox yaxşı oxudunuz. Eləcə də ən yaxşısı azərbaycan dilində başlayın daha sonra rusca oxuyarsınız” dedim. Qorxdum ki, əgər əvvəlcə rusca oxuyarsa azərbaycan diline keçdiyi zaman kəsərlər. Çox həyəcanlı idi. İnanın oturduğu yerdə dizləri əsirdi.Mən də qarşı tərəfə baxa bilmirdim.Əli silahli əsgərlər qarşımızda durdular. Buz kimi gözləri üzümüzə tikilmişdi. O oxuduqca mən də Hamısıaha dua edirdim ki özünü itirməsin. Balaş o sırada həmən Bəyanatın təqdimatını yazdı. Mən Azərbaycan dilində, Balaş Abbaszadə isə Rus dilində elan edəcəkdik.
“Diqqət Diqqət!
20 Yanvar 1990-ci il!
Azərbaycan Respublikası Ali Sovetinin Sədri Elmira Qafarovanın Bəyanatını dinləyin!”
(Bəyanatın tam mətni)
“SSRİ Ali Soveti Rəyasət Heyəti tərəfindən respublikamızın Bakı şəhərində fövqəladə vəziyyət elan edilməsi ilə əlaqədar olaraq Azərbaycan xalqı, respublikanın bütün vətəndaşları adından qəti etirazımı bildirirəm. Tam məsuliyyət hissi ilə bildirmək istəyirəm ki, Azərbaycan SSR-nin ali dövlət, hakimiyyət və idarə orqanları SSRİ Ali Soveti Rəyasət Heyətinin belə bir qərarının qəbul ovunmasına razılıq verməmişlə. Tökülən qan üçün bütün məsuliyyət bu qərarı qəbul etmiş və bilavasitə onun icrasını təmin etmiş SSRİ orqanları və onların vəzifəli şəxslərinin üzərinə düşür “SSRİ Ali Soveti Rəyasət Heyəti tərəfindən respublikamızın paytaxtı Bakı şəhərində fövqəladə vəziyyət elan edilməsi ilə əlaqədar olaraq Azərbaycan xalqı, respublikanın bütün vətəndaşları adından qəti etirazımı bildirirəm. Fövqəladə vəziyyəti yeritmək üçün ağır döyüş texnikası və avtomat silahlardan istifadə olunmuş, dinc əhaliyə qarşı amansız tədbirlər görülmüşdü. Bu isə çoxlu insan tələfatına gətirib çıxarmışdır. Həlak olanlar arasında gənclər, qadınlar, qocalar, uşaqlar vardır. Tam məsuliyyət hissi ilə bildirmək istərdim ki, Azərbaycan SSR ali hakimiyyəti və idarə orqanları SSRİ Ali Soveti Rəyasət Heyətində belə bir qərarın qəbul ovunmasına razılıq verilməyib. Tökülən qan üçün bütün məsuliyyət bu qərarı qəbul etmiş və bilavasitə onun icrasını təmin etmiş SSRİ orqanları və onların vəzifəli şəxslərinin üzərinə düşür. Azərbaycan xalqı özünün oğul və qızlarının bu cür faciəli surətdə həlak olmasını heç kəsə bağışlamayacaq”.
Bəyanatin sonunda isə “Siz Azərbaycan Respublikası ı Ali Sovetinin Sədri Elmira Qafarovanın Bəyanatını dinlədiniz!” cümlələri yer alırdı.
Bəyanatda yer alan bu cümlələr isə ”… Azərbaycan xalqı respublikanın bütün vətəndaşları adından Azərbaycan SSR-nin suverenliyinin kobudcasına pozulması və SSRİ Ali Sovetə Rəyasət Heyəri tərəfindən respublikanın paytaxti Bakı şəhərində fövqalədə vəziyyət elan edilməsi ilə əlaqədar qəti etirazımı bildirirəm…” Gorbaçov və Dubinyaka vurulan ən ağır şillə idi.
Nədənsə efirdə mənim səsim qaldı.Nə hikmətsə,Balaş Abbaszadənin səsi kəsilmişti.Ayrılarkən Elmira xanim Pankovdan nasıl olduğunu soruşduğu zaman verilən cavab məni heyrətə saldı. ”Nə demək istəyirsiniz Yəni siz bu Bəyanatın necə olduğunu bilmədiniz mi?”
Bəlli ki,düşmənin çibanı dəlinmişdi.Koridoru keçdiyimizdə diğər bölümdən Bəyanatın təkrarı verilrdi. Almanyanın “Azadliq”radyosundan Mirzə Xəzərin səsini eşitdik.Çox sevinmişdim.İçimdə qərib bir his vardı. Televiziyanın həyəti qaranlığa bürünmüşdü.Mən Elmira xanımın goluna girmişdim. Çox yavaş yürüyürdük. Yolllar kayqan idi. Yıxıla bilərdik. Hadisələrlə bağlı düşüncələrimizi paylaşırdıq. Tam o sırada mən xanıma;” İstərsəniz Televizyanin partladıldığı yeri də sizə göstərim” dedim. .Bu da Rus “qardaşlarımızın” 70 ildən sonra bizə hədiyyəsi oldu” deyə təklif etdim.Polisimizin fənəri ilə yol azaciq aydınlandı .İnanın onun necə dərindən “Ah “çəkdiyinin şahidi oldum.Ətraf cam qırıqları ilə dolu idi.Çox üzülmüşdü. Oradan səssizcə ayrıldıq. Maşın onu qapıda gözləyirdi. Yola salarkən hara və necə gedəcəyimi və soruşdu. Razinə gedəcəyimi dediyim zaman; “Gecdir, gəl səni evinə buraxarlar” deyə təklif etdi. Mən qəbul etməyərək təşəkkürümü bildirdim. O da mənə bir daha ehtiyatlı olmamı tövsiyə etdi.
Kim nə deyirsə desin bu tarixi Bəyanat baş verə biləcək kütləvi qırğının qarşısını aldı. Elmira Qafarova qorxmadan, çəkinmədən, cəsarətini toplayaraq xalqın ağır günündə tarixi bir addım atdı. O vəzifəni, qoltuğu, şan -şöhrəti deyil, xalqı seçdi. Heç kimsənin cürət edə bilmədiyini o etdi.
O gecənin şəhidlərinə, eləcə də bu tarixi Bəyanatı dünyaya çatdıran Elmira xanım Qafarova və sədaqətli köməkcisi Balaş Abbaszadəyə Hamısıahdan rəhmət diləyir,Bəyanatın hazırlanmasında əməyi keçənlərə isə minnət borcumu bildirirəm. Tarix sizi unutmayacaq!
Son söz;
Bəyanatda qeyd edilirdi ki, biz oğul və qızlarımızın günahsız yerə qətlə yetrilməsini heç bir zaman, bağışlamayacağıq. Qeyd edim ki, Elmira xanımın bəyanatı sovet rəhbərliyinin və ordu komandanlığının qəzəbini xeyli yatırdı və onları daha çox qırğınlar törətməkdən çəkindirdi. Çünki artıq bütün dünya respublikanın əsas rəsmi şəxslərindən birinin adından Moskvanın Bakıya təcavüz etdiyini eşitdi…
Prof.Nazilə Abbaslı
20.01.2025