Bu gün, 18:06
/ 65 dəfə oxundu.
Gürcüstan regionda sülhün tərəfdarıdır. Modern.az xəbər verir ki, bunu Gürcüstan xarici işlər naziri Maka Boçoroşivili Ceyhun Bayramovla Bakıda keçirdiyi birgə mətbuat konfransında deyib.
“Gürcüstanda parlament seçkiləri oktyabrda keçirildi. “Gürcü Arzusu” hakimiyyətdədir. Partiyanın xarici siyasəti məlumdur. Bizim prioritetimiz Avropa İttifaqına (Aİ) inteqrasiyadır. Biz Aİ-yə namizədik. Çalışmalıyıq ki, son nəticə əldə edilsin. Bu bizim və Aİ üçün əhəmiyyətlidir. Türkiyə və Azərbaycanla strateji əlaqələrimiz var. Eləcə də Ermənistanla da belə əlaqələrimiz mövcuddur. Bu da bizim üçün əhəmiyyətlidir. Gürcüstan əməkdaşlıq və sülh üçün əlindən gələni etməyə hazırdır. Ərazi bütövlüyümüzü sülh yolu ilə həll etmək üçün çalışacağıq. Əsas hədəflərimizdən biri Orta Dəhluzdə rol oynamaqdır. Bunun üçün Azərbaycanla əlaqələr önəmlidir”,- gürcü nazir bildirib.