İranın Kermanşah əyalətinin Sərfiruzabad rayonunda toyda açılan atəş nəticəsində üç nəfər ölüb, dörd nəfər yaralanıb.
Bu barədə Kermanşah Şəhər Polis İdarəsinin rəisi Məhəmməd Rza Yari bildirib.
Onun sözlərinə görə, atəş nəticəsində iki kişi, bir qadın ölüb, dörd nəfər isə yaralanıb. Yaralılar xəstəxanaya yerləşdirilib.
Hadisənin şəraiti və səbəbi araşdırılır.