Son 15 gündə 25 mindən çox suriyalı Türkiyədən öz ölkələrinə geri qayıdıb.
Bu barədə məlumatı Türkiyənin daxili işlər naziri Ali Yerlikaya açıqlayıb.
Onun sözlərinə görə, ümumilikdə 2017-ci ildən etibarən 763 443 suriyalı könüllü şəkildə ölkələrinə qayıdıb.
Xatırladaq ki, ölkələrində gedən vətəndaş müharibəsi zamanı Türkiyəyə sığınan suriyalılar 61 illik “Baas” rejiminin devrilməsindən sonra kütləvi şəkildə Suriyaya qayıtmağa başlayıblar.