“`Kristal Abseron`dan ev alanda 100 ölcüb, 1 biçin…” “Dia.az” xəbər verir ki, bu çağırışla “Müştəriyəm Şikayətim Var” sosial qrupundakı paylaşımında Aysel Novruzlu adlı istifadəçi çıxış edib.
Narazı vətəndaş daha sonra bildirir: “2022-ci ilden ev almışam. Evləri sanki salfetkadan tikilib. Bunu qoyuram bir kənara. Sakinlərinə əziyyət verirlər. Özləri “Rahat telekom”la müqavilə bağlayıblar… və nəticədə internet sıfır… Xidmət sıfır…
Sakinlərə icazə yoxdur ki başqa provayderə müraciət etsin. Zəng edib şikayət edirsən, baxmırlar. Uzun sözün qısası: “Kristal Abşeron”un xeyri hardan gəlirsə, ora yönlənir.
Komendant xidmətini hələ demirəm… 36 manatdan 47 manata birdən qaldırdılar. Orda da xidmət sıfır. Komendanta da nəyisə bildirəndə car çəkib adamın üstünə davaya gəlir.
Əziz dostlar… “Kristal Abşeron”dan ev almayın. Yoxsa ya evi satmaq məcburiyyətində qalacaqsınız, ya da bunlarla dava-dalaş etmöək məcburiyyətində…
Şikayət edəndə də “hara istəyirsən, de..” deyirlər.
Dərəbəylikdir!!!”
Dia.az