Turkustan.az xəbər verir ki, tədbiri giriş sözü ilə AYB-nin sədr müavini Rəşad Məcid açdı.
Sonra Qobustan jurnalının baş redaktoru , yazıçı Pərvin Nurəliyeva geniş çıxış edərək müəllifin yaradıcılığı, uğurları və kitabı haqqında məlumat verdi.
Tədbirdə Xalq Şairi Sabir Rüstəmxanlı da həmçinin Aysel Xanlarqızının söz dünyasından söz açaraq çıxış etdi.
Qonaqlardan yazıçı Bahəddin Həzi, Seyfəddin Hüseynli, Faiq Balabəyli, Kəmalə Abıyeva, Xatirə Fərəcli, Jurnalistlərdən Zemfira Məhərrəmli, İlhamiyyə Rza, Azər Qismət, gənc yazarlardan Müşfiqə Baladdinqızı, Aypara Ayxan, Aysel Kərim, Şamil Ənvəroğlu, Vüsal Oğuz, Rəbiqə Nazimqızı, Xalq artisti Xalidə Quliyeva və başqaları Aysel xanım haqqında ürək sözlərini söylədilər.
Sonda xatirə fotoşəkilləri çəkildi və müəllifin imzalı kitabları təqdim edildi.