9-cu mikrorayonda sakinlər və dayanacaqdakı sərnişinlər “təhlükəli” ağacın altından keçir – VİDEO

Paytaxtın Binəqədi rayonu, 9-cu mikrorayon, Mir Cəlal küçəsində yaşayan sakinlərə, o cümlədən bu küçədəki dayanacaqlardan birində avtobus gözləyən sərnişinlərə ciddi təhlükə yaranıb.
Bizimyol.info xəbər verir ki, Mir Cəlal 11 ünvanında yerləşən dayanacağın yanındakı ağaclar kökündən qoparaq əyilib. Onillərlə yaşı olan ağacların sınıb harasa düşəcəyi aşkar görünür. Bu da dayanacaqdakı sərnişinlər və ərazidən keçən piyadalar üçün təhlükədir. Eyni zamanda, kökündən qoparaq yola doğru əyilən ağaclar dayanaca daxil olan avtobuslara da ciddi maneə yaradır.

Bir neçə gündür ki, kökündən qopan ağaclar lentlə bağlanaraq, həmin ərazinin təhlükəli olmasına diqqət cəlb edilib. Lakin heç bir tədbir görülməyib. Hələ də eyni vəziyyət davam edir.