Avropa İttifaqı (Aİ) mayeləşdirilmiş təbii qaz (LNG) daşıyan yeddi tankeri sanksiya siyahısına daxil edib.
Bu barədə “İnterfaks” məlumat yayıb.
Məlumata görə, onlardan biri “Yamal LNG” layihəsi üzrə “Christophe de Margerie” tankeridir. “Yamal LNG” layihəsi üçün ümumilikdə 15 belə tanker sifariş edilib.
Bundan əlavə, “Pioneer”, “La Perouse”, “North Way”, “North Sky”, “North Air” və “North Mountain” LNG tankerləri də sanksiyalara məruz qalıb.
Qeyd olunur ki, “North Air”, “North Mountain”, “North Sky”, “North Way” və “Pioneer” tankerləri ABŞ-nin, “Pioneer”, “North Sky”, “Nova Energy” və “La Perouse” tankerləri isə Böyük Britaniyanın sanksiyaları altındadır.