“Dövlət Sosial Müdafiə Fondu – bu qədərmi qorxu və ya vahimə yaradıb: Şəxslər, Vəkillər və Hüquqşünaslar, Jurnalistlər, QHT sədrləri, bu Nazirliyin İctimai Şura üzvləri, Millət vəkili, dövlət məmurları və orqanları qarşısında?” “DİA-AZ” bildirir ki, bunu öz etirazında Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatının (NHMT) Eksperti, tanınmış hüquqşünas Azər Quliyev qeyd edib.
O daha sonra əlavə edib: “Müraciət etdiyim 50 – dən çox bu qurum və ya şəxslərdən, yalnız 2 nəfər Jurnalist istisna olmaqla, demək olar ki, heç birindən cavab almadım, hətta heç bir qorxu yaratmayan bu Qanunun maddəsinə izah vermək və ya şərh etməkdən belə çəkindilər.
Hətta adi statusumda belə – statusları 20-50 nəfər adam bəyənir.DSMF barədəqoyduğum statusları isə 5-10 nəfər. Baxmayaraq ki, dostluğumda olançox insanlarında hüquqları bu qurum tərəfindən pozulub və uzun illərdir ki, məhkəmələrdə əzab – əziyyət çəkirlər.
Əmək pensiyaçıları və əlillər -əhalinin həssas və müdafiəyə daha çox ehtiyacı olan insan qrupuna aiddir. Bu həssas və daha çox haqq və müdafiəyə ehtiyacı olan insanlara qarşı DSMF tərəfindən – Əmək Pensiyası h-da AR Qanununin 36.1-ci maddəsinin və şəxslərin pensiya hüquqlarının açıq aşkar pozulması hansı qanun və məntiqə sığır.
Əmək Pensiyası haqqında AR -sı Qanununin 36.1-ci maddəsi: Orqanizmin funksiyalarının pozulması faizi dəyişdikdə, əmək pensiyasının məbləği – orqanizmin funksiyalarının pozulması faizinin dəyişdiyi aydan sonrakı ayın1-dən yenidən təyin edilir
Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatının hüquqşünası kimi mənim mövqeyim belədir ki, bu QANUNA ƏSASƏN əgər:ORQANİZMİN funksiyalarının pozulması faizi dəyişərsə, bu qanunda yazıldığı kimi həmin şəxsin əvvəlki pensiyası ləğv edilir, növbəti ayın 1-dən yeni əmək pensiyası təyin edilir. Bu zaman həmin şəxsin əvvəlki pensiya təyini zamanı götürülən kapital yığımı və iş stajı deyil, yeni təyin olunan zaman mövcud olan iş stajı və kapital yığımı nəzərə alınır, yeni MƏBLƏĞDƏ təyin edilir.
DSMF NƏ EDİR??? ŞƏXSİN ƏVVƏLKİ ƏMƏK PENSİYASINI FORMAL olaraq ləğv edir, ləğv olinduğu və ya yeni təyin olunduğu zaman şəxsin mövcud olan iş stajı, pensiya kapitalın deyil, birinci dəfə təyin olunmuş-iş stajını və pensiya kapitalnı əsas götürür. NƏTİCƏDƏ şəxsin əmək pensiyası formal olaraq yenidən təyin edilsə də, əmək pensiyası artırılmır və köhnə məbləğdə qalır. Halbuki, əlillik qrupu dəyişənə qədər onun iş stajı, məsələn, 3-5 il artır, yığdığı pensiya kapitalıda bu müddətdə artır, lakin bu hallar yeni təyin olunmuş əmək pensiyasının məbləğinə heçbir təsir etmir və YENİDƏN TƏYİN olunmasına BAXMAYARAQ ƏMƏK PENSİYASININ MƏBLƏĞİ dəyişmir və QANUNUN TƏLƏBLƏRİ POZULUR.
Hesab edirəm ki, şəxsin əmək pensiyası bu əsasla ləğv olunub, yenidən təyin edilərkən:
Əmək Pensiyaları haqqında Azərbaycan Respublikası Qanununun 36.1-ci maddəsinə əsasən bu halda: ƏMƏK PENSİYASI ALAN şəxslərin YENİ ƏMƏK pensiyası təyin olunan zaman həmin dövrdə olan-iş stajı vəKAPİTAL YIĞIMI NƏZƏRƏ ALINMAQLA YENİDƏN HESABLANMALI VƏ TƏYİN OLUNMALIDIR…”