Gürcüstan parlamentinin müxalifət tərəfindən vitse-spikeri məlum olub

. Gürcüstan parlamentinin müxalifət tərəfindən seçilmiş vitse-spikeri “Xalqın Gücü” partiyasının deputatı Sozar Subari olub.

Bu barədə parlamentin bugünkü iclasında qərar verilib.

Qeyd edək ki, 26 oktyabr seçkiləri nəticəsində parlamentə daxil olan dörd müxalifət partiyası və koalisiyalar seçki nəticələrini tanımır və qanunverici orqana daxil olmaqdan imtina edirlər.