Bakı `oliqarxiyası`nın EYŞ-İŞRƏT ÜNVANI… – Burda qanun-manun hərləyən də yoxdur…

Son vaxtlarda paytaxt Bakının bir çox restoranlarında yaranmış problem insanları narahat edir. Özlərinə “SAHİBKAR” adı qoyan işbazlar vətəndaşların hüquqlarını pozurlar. Bu Onların demək olar ki, işlətdikləri məkanlar soyğunçuluqla məşğuldur.

Bu restoranlardan biri də paytaxtın Nərimanov rayonu Əhməd Rəcəbli ünvanda yerləşən, “Oliqarx Baku” adlı restorandır.

Redaksiyamıza gələn çoxsaylı şikayətlər əsasında araşdırma apardıq.

Apardığmız araşdırmalara görə, bu məkanda bir sıra qayda pozuntuları olur ki, o da insan sağlamlığı üçün nəyinki fəsadı var, həmçinin olduğca təhlükəlidir.

Məkanın icarədarı Vüsal adlı şəxsdir. Həmin şəxsin media üzərindən araşdırma aparsanız onun adının kifayət qədər qalmaqallarda hallandığını görmüş olacaqsız. Hətta bir neçə ay bundan öncə qeyri-etik hərəkətlərinə görə, elə öz məkanında Həsən adlı şəxs tərəfindən döyülüb.

Vüsala yaxınlığı ilə seçilən “Oliqarx Baku”nun administratoru Yetər adlı xanım da “Burda mənəm Bağdadda kor xəlifə” qanunları ilə bu məkan idarə edir. Müştərilərə təqdim olunan şişirdilirmiş hesaba etiraz edəndə Yetər və Vüsal adlı şəxs restoran mühafizəçilərinə döymə əmri verirlər. Hətta ən özbaşına formada “döyün, arxanızda biz dayanmışıq” kimi çirkin ifadələr işlədirlər.

Qapalı məkanda qəlyan tüstüsündən göz açmaq olmur. Havalandırıcılar sıfır dərəcəsindədir, musiqili məkan kimi fəaliyyət göstərən bu restoranda ağız deyəni qulaq eşitmir. Məkana azyaşlı uşaqlar buraxılır, bundan əlavə, yüngül həyat tərzi keçirən xanımlara da rast gəlmək olar.

Bu da azyaşlı uşaqların psixologiyasına travma yaşada bilər. Onların gələcəyi sual altında qalır. Restoranın qarşısında ictimai asayış hər gün olmasa da demək olar günaşırı pozulur. Spirtli içki qəbul edən müştərilər bir-birlərinə qarşı üfünət iyi verən söyüşləri, mübahisələri danışıb mübahisə ediləsi deyil.

Müştərilərə təqdim olunan qidalar nəyinki keyfiyyətsiz, demək olar vaxtı keçmiş və pis qoxu verir. Təbii ki, bu nöqsanlara bu məkanda nə qədər ki zəhərlənmədən ölən müştəri olmayıb Qida Təhlükəsizlik Agentiliyi araşdırma aparıb tədbirin görəcəyinə ümüd edirik.

Məkanda bununla da nöqsanlar bitmir, sonda ödəniş zamanı ödənişi post-terminalla etmək istədikdə xidmətçi terminalın işləmədiyini, ödənişi kartdan-katda etməyi təkli edir.

Bu da qanun pozuntusudur, vergidən yayınmaqdır – bununla bağlı son vaxtlar aidiyyəti qurumların ciddi şəkildə cəza tədbirlərinin şahidi oluruq. Məkanda fəaliyyət göstərən onlarla işçinin əmək müqaviləsi də yoxdur.

Daxil olan məlumata görə, barəsində bəhs etdiyimiz Vüsal-Yetər cütlüyü adlı şəxslər özlərini hüquq-mühafizə orqanlarında yüksək vəzifədə çalışan birinin yaxın adamı kimi təqdim edir. Hansısa problemi öz üzərindən ataraq həmin şəxsin üzərinə asanlıqla yükləyə bilirlər. Qeyd edirlər ki, “bizim arxamızda bu adam dayanıb bizə kimsə nəysə edə bilməz, kim istəsək onuda vurub xəsarət yetirə bilərik” kimi yersiz ifadələr səsləndirirlər.

Sadaladıqmız bir neçə ciddi nöqsanlarla bağlı ümidvarıq aidiyyəti qurumlar araşdırmalar aparıb öz tədbirlərini görəcəklər. Bizim işimiz isə gördüyümüz problemi yazıb ictimailəşdirməkdir.

Araşdırıb qərar vermək isə adiyyəti qurumların üzərinə düşür.

Yazıda adı çəkilən tərəflərin mövqeyi olarsa, onların da mövqeyini dərc etməyə hazırıq.
Ardı olacaq bizi izləyin…

azerbaycanrealligi.com